vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNEY  
14:17 | 9 sentyabr 2017 | Şənbə Məqaləyə 321 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejiminin xain planı

Mühacir kürdlər və hakimiyyət Qərbi Azərbaycanda vali postu ilə bağlı iş birliyinə gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

Qərbi Azərbaycanın vali postuna kimin gətiriləcəyi yenə də yerli əhalinin aktual məsələlərindən birinə çevrilib. Məlumata görə, radikal kürd qruplaşmaları və Azərbaycanda yaşayan mühacir kürdlərə yaxınlığı ilə seçilən Salmasın İran parlamentindəki millət vəkili Şəhruz Bərzgər Qərbi Azərbaycan sakini olmayan kürd kökənli Fridun Hümmətinin əyalətə vali təyin edilməsini dəstəkləyir.

Min bir hiylə ilə Salmasın millət vəkili seçilən Ş.Bərzgər seçkiqabağı təbliğat-təşviqat dönəmində «Kürdistan əgər abadlaşarsa, gizli cənnətdir» seçki şüarından istifadə etmişdir. Bu şəkildə Salması Kürdistan kimi təqdim edən Ş.Bərzgər seçkilərin ikinci mərhələsində ictimaiyyəti aldatmaq məqsədi ilə «Oyaq elim, dayağımdır» şüarı ilə seçkilərə qatılmışdır. Onu yaxından tanıyanlardan biri GünAz TV-yə bildirib ki, «Ş.Bərzgərin həyat yoldaşı Yəzd şəhərindəndir, onun özü də Yəzd sakinidir və uşaqları fars dilində danışır. Onun Salmas şəhəri, yerli əhali və onların problemləri ilə bağlı heç bir anlayışı  yoxdur».

Məlumata görə, Ş.Bərzgər Azərbaycan türk millətinin demokratik və milli hüquqlarını müdafiə edən Keçmiş Salmas Şəhər İcra Hakimiyyəti başçısı Məsud Hacı Əlilu vəzifəsindən uzaqlaşdırıldıqdan sonra kürd cərəyanının xeyrinə olan fəaliyyətini daha da genişləndirib.

Əldə etdiyimiz informasiyaya əsasən, Qərbi Azərbaycan Əyalətinin 12 millət vəkilindən 9-u F.Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı çıxır. Ona Ş.Bərzgər də daxil olmaqla kürdlərdən ibarət olan yalnız 3 millət vəkili dəstək verir.

Mövzu ilə bağlı Urmiyanın millət vəkili Ruhulla Həzrətpur İnstagram səhifəsində Daxili İşlər naziri ilə əlaqə saxladığını, F.Hümmətinin Qərbi Azərbaycana vali təyin edilməsinə qarşı olduğunu yazıb. O bildirib ki, bu təyinat düzgün deyil, Qurbanəli Səadətin öz postunda qalması daha çox məqsədə uyğundur.

Urmiyanın digər millət vəkili Nadir Qazipur isə qeyd edib ki, «mən bir çox səlahiyyətli şəxslər, o cümlədən Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasında olanlara sözügedən təyinatın ağır nəticələri ilə bağlı xəbərdarlıq etmişəm. Mən də daxil olmaqla Azərbaycan əhalisi belə bir qərarla razılaşa bilməz. Azərbaycanın Bakirilər kimi aslan övladları var, bizim yerli olmayan şəxslərə ehtiyacımız yoxdur».

Urmiyanın millət vəkili Hadi Bahaduri də həmkarları ilə eyni mövqeyi paylaşır. «Mən heç bir iclasda iştirak etməmişəm, F.Hümmətinin vali təyin edilməsinə qarşıyam», - deyə o bildirib.

Qeyd edək ki, İran rejimi və terrorçu kürd qruplaşmaları Qərbi Azərbaycanı tədricən kürdləşdirməklə bölgənin demoqrafik tərkibini dəyişdirməyə çalışırlar. Bu cəhətdən rejimin planından xəbərdar olan Azərbaycan türkləri bölgədə keçirilən seçkilər və önəmli postlara təyinatla bağlı xüsusi həssaslıq göstərir. Kürd kökənli F.Hümmətinin Qərbi Azərbaycana vali təyin etməklə bağlı cəhdlər bölgənin kürdləşdirilməsi prosesinə hesablanıb.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *