vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
15:12 | 9 sentyabr 2017 | Şənbə Məqaləyə 3369 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Günəşin səthində 94 ləkə müşahidə olunub

Geomaqnit qasırğaları insanlara necə təsir edir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər ən güclü geomaqnit qasırğalarından biri müşahidə olunmaqdadır. Sentyabrın 6-da baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA TV-yə bildirib ki, bu qasırğanın səbəbi günəşin səthində mövcud olan kifayət qədər böyük ölçüyə, eyni zamanda mürəkkəb maqnit quruluşuna malik olan günəş ləkələrinin yanında baş vermiş günəş alışmaları və bu alışmadan sonra planetlərarası fəzaya atılmış kifayət qədər böyük kütləyə malik olan tac plazma kütlələridir: «Bunlar Yer ətrafı fəzaya çataraq yer monotosferini həyəcanlandırıb və dünən axşamdan etibarən geomaqnit qasırğası müşahidə olunur. Bu qasırğanı xarakterizə edən və kifayət qədər effektiv sayılan indekslərdən biri olan Kp-nin qiyməti 8-dir (maksimum 9 olur). Müqayisə üçün qeyd edim ki, onun ən maksimum qiyməti 9-dur. Qiymətin kifayət qədər böyük olduğu buradan açıq aydın hiss olunur. Bu qasırğa bu gün səhər saatlarında da davam edib. Bu, JB sinfinə malik olan qasırğanın J4 sinfinin  həddində baş verib. Sonradan gün ərzində KP-nin qiyməti 4-ə qədər enib. Hazırda isə 5 ətrafındadır. Bu isə J3 sinfinə malik olan geomaqnit qasırğası deməkdir».

Direktor müavini bildirib ki, hazırda Günəş diskinin görünən səthində 4 aktiv ləkə qrupunda (AR) 94 ləkə müşahidə olunur. Bu qrupların kifayət qədər böyük olduğunu deyən E.Babayev qeyd edib ki, hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər: «Qətiyyən birbaşa baxmaq olmaz. Bu həyəcanlaşma yenə davam edəcək. Sabah ərzində, amma getdikcə həyəcanlaşma səngiməkdədir. Hazırda həyəcanlaşmanın yüksək səviyyədə qalmasına səbəb günəş plazma küləyinin sürətinin  böyük olmasıdır. Bu rəqəm gün ərzində 720 -740 mk-san ətrafında dəyişib. Hazırda Günəş səthində olan ləkələrin potensialı kifayət qədər böyükdür. Güclü orta, hətta zəif səviyyəli günəş alışmalarından sonra yenə tac atılmaları hadisəsi baş verərsə, bunların hər biri geoeffektiv olacaq. Təsirlər Yerə doğru yönəlmiş olacaq. Təsirlərə gəldikdə, həm texnoloji, həm də bioloji təsirlər haqqında məlumatlar daxil olub. Budəfəki təsirlər hər iki Amerika qitəsi ərazisində hiss olunub. Bir saata qədər aşağı tezlikli elektromaqnit dalğalarından istifadə olunan kommunikasiya siqnallarının işində problemlər yaradıb».

Direktor müavini vurğulayıb ki, geomaqnit qasırğaları baş verən günlərdə risk qrupuna daxil olan şəxslər - xroniki ürək-qan-damar xəstələri, ahıllar, uşaqlar gərginlikdən uzaq olmalıdır, qabaqlayıcı tədbirlər görülməlidir: «Sağlam insanlara geomaqnit qasırğasının, ümumiyyətlə, təsiri yoxdur.  Hətta müəyyən təhqiqatlar göstərir ki, müəyyən şəxslər üçün bu qıcıqlar onlarda gümrahlıq effektləri də yaradır. Ümumiyyətlə isə bu təsirlərin hər biri individual xarakter daşıyır».

Həkim-kardioloq Sərdar Abdullayev isə deyib ki, maqnit dalğaları daha çox bədəndə arterial təzyiq sisteminə təsir göstərdiyinə görə əsasən xroniki təzyiq xəstələri özlərinə diqqət etməli, vaxtaşırı dərmanlarını atmaları tövsiyə olunur: «Bura ilk növbədə xroniki təzyiqi olan xəstələr aiddir. Hansı ki, o insanlar davamlı dərman içirlər. Bunlar özlərini gözləməlidir. Bir də var heç bir problemi olmayan insanlar, yəni heç vaxt ürək-damar problemləri olmayıb. Təbii ki, bu insanlarda da arterial təzyiqin dəyişməsi problemləri olacaq. Ən vacib xroniki xəstələr özlərini gözləməlidir. Nəyə diqqət etməlidirlər? Xəstələr mütləq şəkildə dərmanları kəsməli, duzlu qidalar qəbul etməməlidirlər. Aşırı dərəcədə yeməkdə duzun olması bədəndə mayeni saxlayır, bu isə təzyiqin qalxmasına gətirib çıxarır. Pəhriz gözləməlidirlər. Əgər təzyiq çox yüksəyə qalxarsa, dərman fonunda belə kontroldan çıxarsa, - bu, xroniki xəstələrə aiddir, - mütləq həkimə müraciət etmək lazımdır».