vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MEDİA-QHT  
17:05 | 9 sentyabr 2017 | Şənbə Məqaləyə 416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Adımıza ləkədirlər!»

Müşfiq Ələsgərli «Qızıl qələm» paylayanlardan nazirliyə şikayət edəcək

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı» adlı təşkilatın sağda-solda kimə gəldi ad, diplom paylaması ciddi jurnalistika ilə məşğul olanlarda narazılıq yaradıb.

Həm də deyilənə görə, o təşkilat bunu elə-belə etmir. Həmin diplomların kimlərəsə müəyyən məbləğlərdə pul müqabilində verildiyi bildirilir. İş o yerə çatıb ki, hətta «reket jurnalistikası»na belə, aidiyyatı olmayanlara «Qızıl qələm», «İlin jurnalisti», «Peşəkar jurnalist» kimi «təltiflər»  verilir.

Bu yaxınlarda isə adı çəkilən təşkilatın adından kiməsə «İlin saç ustası» adlı media mükafatının verilməsi sosial şəbəkələrdə bir xeyli müzakirələrə səbəb olub. Bundan başqa, qurumun   müxtəlif şəxslərə  «İlin diş həkimi», «İlin xeyriyyəçisi» « İlin müəllimi» və bu qəbildən olan bir çox «diplomlar» təqdim etdiyinə dair məlumatlar da var.

Digər tərəfdən  qurumun adı Jurnalist Həmkarlar İttifaqının adı ilə uyğunluq təşkil etdiyinə görə  bəzən çaşqınlıq yaranır.

Maraqlıdır, Jurnalist Həmkarlar İttifaqı (JuHİ) bununla bağlı hər hansı tədbir görəcəkmi?

JuHİ sədri Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, adıçəkilən qurumun «fəaliyyəti» ümumilikdə ciddi medianın nüfuzuna xələl gətirir:

««KİV işçilərinin Həmkarlar İttifaqı» deyilən qurum 1990-cı illərdə yarandığını deyib. Amma  bunun tarixi, fəaliyyəti haqqında məlumat xüsusi araşdırma aparan zaman məlum  olur. İndiyə qədər bunların Azərbaycanda medianın inkişaf etdirilməsi, söz azadlığının qorunması, yaxud jurnalistlərin peşəkar davranış qaydaları üçün hər hansı fəaliyyətlərinə rast gəlinməyib. Bu qurumun adı media ictimaiyyətinə yalnız mükafat satan təşkilat kimi bəllidir. Çox təəssüf ki,  bu baxımdan onlar Azərbaycan mediasına böyük zərbə vurmuş olurlar.

Bir zamanlar Azərbaycanda çox sanballı nominasiya var idi. Öz qələmi ilə tanınan, kefiyyətli əsərlərin müəlliflərinə «Qızıl qələm» mükafatı verilirdi. Təəssüf ki, bu təşkilat həmin nominasiyanı ələ keçirib və mükafat müəyyən məbləğ qarşılığında aidiyyatı olmayan adamlara verilir. Bununla da həmin mükafatı gözdən salmış oldular. Həmçinin, zamanında həmin mükafatı almaq üçün ciddi əziyyət çəkən insanların əməyinə mənəvi zərbə vurdular. Bu, media ictimaiyyətində narazılıq doğurdu. Çünki onların fəaliyyəti  ümumilikdə medianın adına yazılır».

M.Ələsgərli bildirib ki, məsələ ilə əlaqəli Ədliyyə Nazirliyinə müraciət edəcək:

«Təbii ki, öncə məsələnin ictimai müzakirəsi keçirildi və hər kəs «KİV İşçilərinin Həmkarlar İttifaqı»nı qınadı. Bir müddət sakitlik yaransa da, onların qınaqlara görə əməllərinə son verdikləri düşünülsə də, növbəti çaşqınlıq yaratdılar.

Bunların fəaliyyəti bütün media adına ləkə olduğu üçün hesab edirəm ki, media ictimaiyyəti bu yöndə ciddi addım atmalıdır. Hər kəs öz növbəsində Ədliyyə Nazirliyinə müraciət etməlidir ki, həmin təşkilat haqqında ciddi inzibati ölçü götürülsün. Eyni zamanda onların adı bizim təşkilatın – Jurnalistlərin Həmkarlar İttifaqının adı ilə də uyğundur. Bizim qurumun kifayət qədər ciddi nüfuzu var. Bu baxımdan onlar yeri gələndə bizim adımızdan istifadə edib çaşqınlıq yaradırlar. Buna görə də özüm də Ədliyyə Nazirliyinə müraciət edəcəm. Təşkilat haqqında ciddi hüququ tədbirlər görülməsi üçün  digər media qurumlarının da eyni addım atmasını istəyirəm».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *