vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
21:04 | 9 sentyabr 2017 | Şənbə Məqaləyə 193 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident «EXPO 2017»də

Azərbaycan pavilyonu beynəxalq sərgidə ikinci yeri qazanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb. APA TV-nin «Kazinform»a istinadən verdiyi məlumata görə, Azərbaycanın dövlət başçısını Astanada hava limanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb.

Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev Astanada keçirilən «EXPO 2017» beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

«EXPO 2017 Astana» milli şirkətinin rəhbəri Axmetjan Yessimov prezident İlham Əliyevə sərgi barədə məlumat verib. Bildirilib ki, iyunun 10-da açılan sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil olunur. «EXPO 2017 Astana» beynəlxalq sərgisinin ABŞ, Fransa, Almaniya, Yaponiya, Braziliya, Kanada, İngiltərə, İspaniya, Çin kimi ölkələrdən sonra Qazaxıstanda keçirilməsi enerji sahəsi üzrə əməkdaşlığın daha da inkişafına, həmçinin iştirakçı ölkələrdə tətbiq olunan yeni texnologiyaların mübadiləsinə imkan yaradır.

Dövlət başçısı əvvəlcə «Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) milli pavilyonu ilə tanış olub. Prezident İlham Əliyevə məlumat verilib ki, «EXPO 2017 Astana» sərgisində öz iştirakını təsdiq edən ilk ölkələrdən olan Azərbaycanın pavilyonu ən çox ziyarət edilənlər arasındadır. Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu «Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji» konsepsiyası əsasında hazırlanıb. Milli pavilyonda Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman yarışlarını əks etdirən film nümayiş olunur.

Dövlət başçısı sonra Qazaxıstan milli pavilyonu - «Nur Alem» ilə tanış olub. Prezident İlham Əliyev «Nur Alem» pavilyonunun səkkizinci mərtəbəsindən Astana şəhərinin ümumi mənzərəsini seyr edib.

Sonra prezident İlham Əliyev «EXPO 2017 Astana» beynəlxalq sərgisinin xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, sentyabrın 10-11-də AstanAda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan 80 nümayəndə heyəti iştirak edəcək. Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərgisinin rəsmi bağlanış mərasimi olacaq.


***


Astanada sona çatan EXPO-2017 beynəlxalq sərgi çərçivəsində ən yaxşı pavilyonların mükafatlandırəlması mərasimi keçirilib.

Virtualaz.org-un əməkdaşı Astanadan xəbər verir ki, «Dizayn» kateqoriyasında Azərbaycan ekspozisiyası «gümüş» qazanıb.

Qeyd edək ki, birinci yeri Qətər tutub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *