vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
10:52 | 10 sentyabr 2017 | Bazar Məqaləyə 2479 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran Pxenyana gizli yardım göstərib

Qərb Rusiyadan da şübhələnir

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniya hökuməti ehtimal edir ki, İranın gizli dəstəyi Şimali Koreyanın nüvə proqramının sürətli inkişafına səbəb olub. APA-nın xəbərinə görə, bunu «Telegraph» nəşri öz mənbələrinə istinad edərək iddia edir.

Məlumata görə, Böyük Britaniya XİN-i hazırda indiki və keçmiş nüvə ölkələrinin nüvə başlıqlarının hazırlanmasında Şimali Koreyaya yardım göstərib-göstərmədiyini araşdırır. Nəşrin hökumətdəki mənbələri Şimali Koreya alimlərinin bu sahədə müstəqil şəkildə irəliləyişə nail ola biləcəklərinə şübhə ilə yanaşırlar.

Şimali Koreyaya nüvə proqramının inkişaf etdirilməsində yardım göstərə biləcək ölkələrin siyahısına İran liderlik edir. Siyahıda Rusiya da yer alıb.