vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
11:27 | 10 sentyabr 2017 | Bazar Məqaləyə 590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Facebook»da Rusiya barmağı

Sosial şəbəkədə Sankt Peterburqdan maliyyələşən saxta xəbər kampaniyası aşkar edib

MÖVZU İLƏ ƏLAQƏLİ

«Facebook» öz şəbəkəsində Rusiya tərəfindən maliyyələşən və cəmiyyətdə ayrı-seçkilik salan məlumatı təbliğ edən kampaniyanı aşkar etdiyini bəyan edib. Şirkət bildirib ki, aşkar edilmiş iki illik kampaniya, bu ilin may ayınacan təxminən 3 min reklam üçün 100 min dollar (169 min manat) xərcləyib.

Reklamlar xüsusi bir siyasi partiyanı dəstəkləməyib, lakin mühacirət, irq və bərabər hüquqlar kimi mövzular barədə olub.

«Facebook» əldə etdiyi məlumatı, ABŞ-da Rusiyanın seçkilərə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerlə paylaşacağını deyib.

Reklamlar «Facebook» istifadəçilərini saxta informasiya yayan 470 hesaba yönəldib və ya «Facebook»un qaydalarını başqa səbəblərə görə pozublar, «Facebook» bildirib.

«Görünürdü ki, reklamlar və hesablar cəmiyyəti bölüşdürən və ideoloji spektri tamamilə əhatə edən mübahisəli sosial və siyasi mesajları təbliğ edirdir», şirkətin bloqunda yazılıb.

Şirkət bu məlumatı yayan «Facebook» hesablarının Rusiyanın Sankt Peterburq şəhərində yerləşən Rusiya hökuməti yönümlü və özünü İnternet Araşdırma Agentliyinin («Internet Research Agency») yaratdığını ehtimal etdiyini, lakin bunu təsdiqləyə bilməyəcəyini qeyd edib.

«Facebook»un baş təhlükəsizlik mütəxəssisi Aleks Stamos bu hesabların artıq bağlandığını qeyd edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *