vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
11:41 | 10 sentyabr 2017 | Bazar Məqaləyə 2520 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qəbələ»dən təhsilə dəstək

600-dən yuxarı bal toplayanlara pul mükafatı və ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Topaz Premyer Liqasının IV turu çərçivəsində «Qəbələ» ilə «Zirə» arasında baş tutan qarşılaşmanın fasiləsində xoş olay yaşanıb. «Qırmızı-qaralar»ın rəhbərliyi Qəbələ şəhərinin bir sıra tələbə adı qazanmış sakininə hədiyyələr hazırlayıblar.

Söhbət qəbul imtahanında 600 və daha çox bal toplayaraq ali təhsil ocaqlarına qəbul olunmuş məzunlardan gedir. Azarkeşlərin alqış sədaları altında meydana dəvət alan gənclərə «Qəbələ»nin futbolçuları və əməkdaşları tərəfindən hədiyyələr və pul mükafatları təqdim olunub.

Qeyd edək ki, ötən il də «Qəbələ» bu sahədə fərqlənmişdi. Yeni təhsil ilinin başlanması münasibəti ilə şəhərin bütün şagirdlərinə məktəb ləvazimatları təqdim edilmişdi.