

Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Mülki Məcəllədə dəyişiklik edilir
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
«Neft bahalaşması, manatın güclənməsi investorlarda inam yaradıb»
Tikintisi başa çatmayan binalarda isə mənzillərin pulunun tam ödənilməsi tələb edilə bilməz
Oğlanlara kirayə vermirlər, əsasən qızlara və ailəlilərə
Bakıdakı yeni binaların 80 faizini dövlət qeydiyyatına almırlar
Sakinlər: «Hamımız evsiz-eşiksiz qalmışıq, bizi aldadanlar üzə çıxmasalar»
Bakının «mənzil fırıldağı qurbanları»nın məhkəməsi başlayıb
... ki, hər kəsin mənzili olsun
Məhkəmə qərarı olmadan vətəndaşların evinin banklar tərəfindən əlindən alınması hansı siyasi dairələrin maraqlarına xidmət edir?
Bakıda onlarla adamı aldadıb saxta sənədlərlə torpaq satan şəxs kimdir?!...
Diqqətli olun - mənzil bazarında növbəti fırıldaq
«Əksəriyyət mənzil almaq və ya satmaq üçün payız aylarını gözləyir»
Qiymətlər 14-17 faiz enib
«Banklar Assosiasiyasının ipoteka qanunvericiliyinə dəyişiklik edilməsi barədə təkliflər hazırlayıb». Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) direktoru Vüqar Bayramlı «Facebook»dakı səhifəsində məlumat verib.
V.Bayramovun dediyinə görə, adıçəkilən təkliflər qəbul ediləcəyi halda ipoteka krediti alan şəxs ödənişləri yubadarsa o zaman bank məhkəməyə müraciət etmədən həmin vətəndaşın mənzilini hərraca çıxarıb satmaq hüququna malik olacaq: «Eyni zamanda, bu halın yeni ipoteka müqavilələrinə daxil edilməsi və kredit götürən şəxsin ödənişi yubatdığı halda öncədən məhkəməsiz öz əmlakını satışına razılıq verməsi də təklif edilir».
İqtisadçı ekspert bildirir ki, assosiasiyanın bu təklifləri hansı ölkənin və ya ölkələrin təcrübəsinə əsasən hazırladığın müəyyənləşdirmək çətindir: «Amma başqa dövlətlərdə məhkəmə qərarı olmadan əmlakın satışa çıxarılması praktikasına çox az rast gəlinir. Bu dəyişikliklərin qəbul edilməsi ipoteka kredit götürüb mənzil alanların ödənişi yubatdığı halda illər ilə ödəniş etdiyin evin qısa zamanda satılmasına səbəb ola bilər».
Məsələn, vətəndaş ipoteka krediti ilə mənzil alıb, bir neçə il ödəniş edib, amma sonradan ondan asılı olan və ya olmayan səbəblərdən ödənişdə yubanmalar var: «Əslində, bu halda banklar əmlakı satışa çıxarmağa deyil, həmin şəxsə ödənişini bərpa üçün daha münasib şərtlər və ya müəyyən zaman təklif etməyə çalışmalıdırlar. Eyni zamanda, əmlakın taleyi məhkəmə qənaətindən sonra icra qərarlarına uyğun həll edilə bilər. Təkliflər isə, bu halda bank tərəfindən mənzilin hərraca çıxarılmasına imkanın verilməsini nəzərdə tutur. Digər tərəfdən, bu hal ipotekaya müraciət edənlərin sayının azalmasına səbəb ola bilər. Çünki yeni təkliflər birbaşa bankları üstün mövqeyə çıxarır ki, bu da ipoteka kreditlərinə marağı azalda bilər» deyə İSİM direktoru bildirir.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək