vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
OLAY  
13:46 | 11 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 3495 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Mehman Əliyev azadlığa çıxdı

Ölkəni tərk etməmək şərti ilə ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı Apellyasiya Məhkəməsində «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsinin rədd edilməsi ilə bağlı Yasamal rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Bu barədə «Trend»ə M.Əliyevin vəkili Fuad Ağayev deyib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə M.Əliyev barədə həbs qətimkan tədbiri ləğv edilib və o, azadlığa buraxılıb. Vəkil əlavə edib ki, qərara görə M.Əliyev barədə başqa yerə getməmək qətimkan tədbiri seçilib.

M.Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.