Lapşin cəzaçəkmə müəssisəsində intihara cəhd edib
Prezidentin köməkçisi: «Hazırda həkim nəzarətində müalicə olunur»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“... Müharibəyə hazır ol”
Lukaşenko: “Əgər sülh istəyirsənsə, ...”
-
Putin tələb etdi, Lukaşenko seçim
Minsk müharibəyə qoşulacaqmı?
-
Lukaşenko zəmanət vermir
Rusiya-Belarus danışıqlarının gizlinləri
-
Belarus müharibəyə qoşulur?
“Qırmızı kvadrat”la işarələnmiş zirehlilərin görüntüləri yayılıb
-
Rusiya və Belarus anlaşdı
İki ölkənin müdafiə nazirləri arasında protokol imzalandı
-
Kolesnikava reanimasiyadadır
Belaruslu müxalif liderin vəziyyəti ağırdır
-
Makey niyə öldürüldü?
Xarici işlər naziri mümkün olmayanı bacarmışdı ...
-
Rusiya Belarusa “Xəncər” göndərdi
Amma raketlərin ehtiyatları məhduddur
-
“İkinci cəbhəni” açılır
Moskva istədiyini əldə etmək üçün müharibənin ilk dövründəki vəziyyəti yaratmalıdır
-
Kiyev Lukaşenkonun təbrikini “abırsız” adlandırdı
Belarus prezidenti Rusiyanın Ukraynaya müdaxiləsi üçün öz ərazisini meydan etməkdə günahlandırılır
-
Putinin pozulmuş planları...
... və Lukaşenkonun gizli xəstəliyi
-
Belarus da defolt elan olunub?
Beynəlxalq agentlik Minskin 22,9 milyon dollar borcunu ödəmədiyini deyir
-
Lukaşenko bəhanə axtarır
Belarus prezidenti Ukraynadan raket atıldığını iddia edir
-
Qorxu və cəzasızlıq mühiti
BMT-də Belarus hakimiyyətinə qarşı söhbətlər
-
Belarusda təxribatlar gözlənilir
Lukaşenkonun göz yaşları və ya yeni müharibə planları
-
“Sizi müharibəyə sürükləyirlər”
Zelenskidən Belarus vətəndaşlarına müraciət
«Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq, Lapşin Azərbaycanda cəzasının qalan hissəsini çəkməkdən azad olunur və yəqin ki, yaxın vaxtlarda o, İsrailə ekstradisiya ediləcək».
APA-nın məlumatına görə, bu barədə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzərTAc-a bildirib.
Əli Həsənov onu da qeyd edib ki, Lapşinin Azərbaycanda cəza çəkməkdən azad olunması və İsrail Hökumətinə təhvil verilməsi məsələsi çoxdan idi ki, iki dövlətin müvafiq orqanları arasında müzakirə olunurdu: «Bununla bağlı belə razılığa gəlinmişdi ki, cənab Prezidentin əfv Sərəncamından sonra Azərbaycan Hökuməti Lapşini İsrail tərəfinə təhvil verir və Lapşin bundan sonrakı öhdəliyini İsrail hökumətinin qanunlarına müvafiq olaraq yerinə yetirir. Lakin təəssüflər ki, İsrail rəsmiləri onun ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Bunun nəticəsi olaraq, dünən xoşagəlməz bir hadisə yaşanıb. Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir».
Əli Həsənov qeyd edib ki, Prezidentin əfv Sərəncamı imzalamasından sonra hazırda Lapşinin ekstradisiya məsələsi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail səfirliyi məşğul olur. Yəqin ki, qısa vaxtda bu proses başa çatacaq.