vaxtlı-vaxtında oxuyun! Bazar, 24 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
14:37 | 11 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 370 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bankların seçkiqabağı təxribatı

Məhkəmə qərarı olmadan vətəndaşların evinin banklar tərəfindən əlindən alınması hansı siyasi dairələrin maraqlarına xidmət edir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Deyilənə görə, Banklar Assosiasiyası qanun layihəsi hazırlayıb. Həmin layihəyə əsasən kreditə görə ipoteka, yəni girov qoyulmuş əmlak (daşınmaz əmlak, avtomobil) məhkəmə qərarı olmadan bank tərəfindən alına bilinəcək. Bu yanaşma ən azı Konstitusiyamızın 29-cu maddəsinin IV hissəsində təsbit edilmiş «Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz» tələbinə ziddir. Layihədə bu tələbdən necə yayınıblar bilmirəm.

Çünki layihə heç yerdə dərc olunmayıb. Bunun özü də çox şeydən xəbər verir. Banklar Assosiasiyası ictimai birlikdir, deməli, fəaliyyətinin prinsiplərindən biri şəffaflıq olmalıdır. Bəs onda niyə layihəni heç yerdə dərc etməyib? Niyə ictimai müzakirədən yayınır? Nədən qorxur?

Böyük ehtimalla Banklar Assosiasiyası layhəni beynəlxalq maliyyə institutlarının (Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və s.) rəyi ilə də əsaslandırmağa cəhd edəcək. Həqiqətən də bəzi ölkələrdə girovun məhkəmədənkənar qaydada tutulmasına yol verilir. Lakin həmin bəzi ölkələrdə eyni cinslilərin nikahına da yol verilir – nə olsun ki? Həm də ki, Azərbaycan bankları heç sözügedən imkan olmadan belə əhalinin başına oyun açır, indi gör bundan sonra necə qan udduracaq, sui-istifadələrə yol verəcək və s.

Görəsən, düz 1 ildən sonra keçiriləcək prezident seçkiləri ərəfəsində bankların təşəbbüsü ilə evsiz-eşiksiz qoyulacaq əhalini hökumətdən xeyli narazı salacaq bu layihə kimlərin maraqlarına xidmət edir? Axı Dünya Bankının da, Beynəlxalq Valyuta Fondunun da hansı xarici dairələrin maraqlarına xidmət etməsi hamıya bəllidir. Həmin dairələrin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəkləri yeni deyil, artıq öyrəşmişik. Bəs bizim banklara nə düşüb? Axı bu açıq-aşkar təxribatdır!

Ümid edirəm ki, hökumət bankların bu yeni oyununa getməyəcək…


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *