vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
16:39 | 11 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«S-400»lərin qulağının dibində ...

... İsrail aviasiyası Əsədin zavodunu daramadağın edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin Eros-B müşahidə peykini idarə edən İmageSat şirkəti ötən həftə Suriya ərazisində İsrail Hərbi Hava Qüvvələri tərəfindən raket zərbələri endirilmiş obyektin fotolarını yayıb. Həmin obyektdə kimyəvi silah istehsalı həyata keçirilirdi.

Virtualaz.org «The Times of İsrael» nəşrinə istinadən xəbər verir ki, fotolarda raket zərbələri endirilmiş binanın salamat olduğu görünür, lakin binanın damı dağılıb. Raketlər binanın damından keçərək içəridə partlayıb.

Fotolardan birindən görünür ki, Hama əyalətinin Masyaf şəhəri ətrafında yerləşən kimyəvi silah zavodu Suriyanın inşası davam edən «yer-yer» raketləri zavodunun və Rusiyanın Hmeymin aviabazasının yaxınlığında yerləşir. Həmin aviabazada Rusiya S-400 və S-300 zenit-raket sistemləri yerləşdirib. Zərbə endirilən obyektlə Hmeymin aviabazası arasında məsafə 15 kilometrdən çox deyil.

Bəs necə olub ki, Rusiyanın dünyada analoqu olmayan və istənilən hava hədəfini məhv etmək qabiliyyətinə malik S-400 kompleksləri İsrail aviasiyasının raket zərbələrinin qarşısını ala bilməyib? Bu sual açıq qalır.

«Mossad»ın istefada olan yüksək rütbəli zabiti İsrael Lavi bildirir ki, zərbə endirilən obyekt hər tərəfdə «rusların qaynaşdığı» Latakiyə və Tartusa yaxındır. Ona görə də İsrail rusları xəbərdar etmədən belə hücum həyata keçirə bilməzdi. «Baş nazir Benyamin Netanyahu Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəndə aydın idi ki, nəsə gözləmək lazımdır»-o bildirib. Lavnin versiyasına görə İsrail təyyarələri obyekti ya dənizdən, ya Livanın hava məkanından bombalayıb.

Suriya rəsmi xəbər agentliyi bildirib ki, İsrail aviasiyası Livan üzərindən ölkə ərazisinə bir neçə raket buraxıb, nəticədə iki nəfər həlak olub, ciddi ziyan dəyib.

İsrail isə zərbələri şərh etmir. Müdafiə naziri Aviqdor Liberman bu haqda xəbərləri şərh edərkən belə deyib: «Suriyada hər gün nəsə partlayır və kimlərsə həlak olur. Bu, Suriyanın daxili problemidir. İsrail avantüra axtarmır və ona Suriyada müharibə lazım deyil. Biz düşmənlərimizə İsrailin və onun sakinlərinin təhlükəsizliyin xələl gətirməyə imkan verməyəcəyik».