vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0421 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2982 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
23:35 | 11 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 266 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fil iki oldu

Molla Nəsrəddinin sürprizi və ya jurnalistin müraciəti

Cavid İSMAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Mehman Əliyevi prezidentə müraciət etməsinə görə qınayanları anlamaq olmur. Biz Ayda yox, Azərbaycanda yaşayırıqsa, bu ölkənin reallıqlarını görməzdən gəlmək olmaz. Bu ölkədə məhkəmələr tanınmış adamlarla bağlı müstəqil qərar vermək iqtidarında heç vaxt olmayıb, heç indi də elə gücdə deyil. İkincisi, Mehman Əliyev kimi adamları «ayı xidməti» göstərmək üçün prezidentdən xəbərsiz tuta bilərlər, amma onların azadlığa buraxılmaları xəbərsiz olmur. O başqa məsələ ki, onu niyə tutmuşdular, bu həbs kimə və nəyə lazım idi. Bu sualın cavabını bəlkə heç Mehman Əliyevin özü də bilməyəcək heç vaxt. Üçüncüsü, Mehman Əliyev prezidentə müraciət etməyib illərlə həbsdə qalacaqdı tutaq ki - bu, Azərbaycan cəmiyyətinə və dövlətinə nə verəcəkdi? Özümüzü aldatmayaq - bu xalq artıq 1988-1992-ci illərin xalqı deyil ki, onun uğrunda illərlə həbsdə yatasan. Kimsə dediklərimlə razı deyilsə, Rəşadət Axundovun həbsdən çıxandan sonra «Yeni Müsavat»a verdiyi məşhur müsahibəsini tapıb oxusun. Biz xalq olaraq Molla Nəsrəddinin fil lətifəsindəki toplumuq - Şahın sarayına çatanda mollanı tək qoyub aradan çıxırıq həmişə. Oxuyun!

 

***

 

Deyirlər, Əmir Teymur ordusunda fil də saxlayırmış. Filləri ayrı-ayrı kəndlərə göndərirmiş ki, orada saxlasınlar. Fillərdən birini də Molla Nəsrəddin olan kəndə göndərir. Teymurləngin qorxusundan kimsə filə toxunmur. Fil kefi nə istəyir eləyir, əkin-zəmini, bağ-bağatı, bostanı yeyib tələf edir. Kəndlilər filin əlindən lap təngə gəlirlər. Onlar yığılıb mollanın yanına gəlirlər:

- A molla, bu fil bizdə istahat qoymadı, gəl qabağa düş. Əmirin yanına gedək, dərdimizi ona deyək, bəlkə bir rəhmi gəldi, fili apardı.

Molla razı olur. Onlar Teymurləngin yanına yola düşürlər. Yolda kəndlilər Əmir Teymurun qorxusundan ikibir-üçbir qaçıb dağılırlar. Əmirin qapısına çatanda molla baxır ki, hamı qaçıb, təkcə özü qalıb, öz-özünə deyir:

- Yaxşı, görün sizin başınıza nə oyun gətirəcəyəm. Əmir Teymur ondan soruşur:

- Molla, niyə gəlibsən?

Molla deyir:

- Əmir sağ olsun, bizim kəndə bir fil qonaq göndərmisən. Bundan çox razıyıq. Ancaq fil tək olduğundan səs-küyündən dayana bilmirik. Kəndlilər də mənimlə gəlmişdilər, cəsarət eləyib içəri girmədilər. Xahiş edirik, bir fil də göndərəsən.

Əmir Teymurun mollanın sözündən xoşu gəlir, ona çoxlu ənam verdirir. Əmr eləyir ki, o kəndə bir fil də göndərsinlər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *