vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
10:16 | 12 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 535 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnanmırsan hörmət elə

Öz ölkələrində qadağan etdiyi şeyi başqa yerdə tələb edən riyakarlar

Rəşad BABALI

MÖVZU İLƏ ƏLAQƏLİ

Dindarların az qala qızıl suyuna saldıqları ifadədi. İstənilən mübahisədə, tənqiddə qarşı tərəfi susdurmaq üçün istifadə olunur. Yaxın zamanlara qədər isə zərdabi (zəhər əleyhinə vasitə) yox idi. Lakin getdikcə qızıl suyu ovulub tökülür.

Bu ifadə dindarların özlərinə imtiyaz tanımasıdır. Yəni, bizim inancımız, dünyagörüşümüz sizi narahat etsə də, həyatınıza burnunu soxsa da, sizə qarşı kin, nifrət yaysa da susub dözməlisiniz. Bizim etdiklərimizə görə kimsə bizi mühakimə edə bilməz. Xüsusilə qarşı cəbhə.

İndi gələk özünü imtiyazlı saymağa. İrana, Səudiyyəyə və başqa müsəlman ölkəsinə gedən bir qadın mütləq başını bağlamalıdır. Məcburi prosedurdur. Amma başı bağlı müsəlman qadın qeyri müsəlman ölkəsində başı açıla bilməz. Niyə? İnancı belədi. Bəs niyə qeyri müsəlman qadın müsəlman ölkəsində başını bağlamalıdı? İnanc bunu tələb edir. Müsəlman ölkəsində qeyri müsəlmanların hüquqları müsəlmanlara görə azdı. Amma eyni halı qeyri müsəlman ölkələrində müsəlmanlara qarşı tətbiq olunduğunu düşünün. Müsəlmanların reaksiyası necə olacaq? Bəs demokratiya hardadı? Özlərinə demokrat deyən ölkələr riyakardı, yalançıdı, öz dəyərlərinə riayət etmirlər və s. Bəs bu cür yanaşma ədalətlidirmi?

Futbol oyununda komandalardan biri üçün offsayt, əllə oynama, badalaq vurma, xətdən çıxan topu geri qaytarma haqqı tanınsın, digərinə isə yox. Elə bir oyun necə ola bilər?

Demokratiya da həmçinin eyni qaydalar çərçivəsində ədalətli şərait yaradır. Sən öz ölkəndə qadağan etdiyin şeyi başqa yerdə tələb edirsənsə ən azı riyakarsan. Sən özündə məhdudlaşdırdığın haqqı başqa yerdə dalını cıra-cıra istəyirsənsə yekə bir yalançısan. Özün üçün istədiyin haqqları başqaları üçün də təşkil edəcəksən.

Türkiyədə cəmiyyətin və dövlətin islamizasiyası sekulyarizmin (dünyəvilik) nə qədər gözəl bir dəyər olduğunu bir daha göstərdi. Bir dinin toplumda hakim olması onlar kimi olmayanların dışlanmasına gətirib çıxardaca. Bir az da əl qol atıb genişlənəndən sonra isə özləri kimi olmayanların hətta fiziki məhvinə çalışacaqlar. Allahı inkar etməyə görə ölüm cəzasının olduğu ölkələrin siyahısına Türkiyənin də əlavə olunması günü deyəsən çox da uzaq deyil.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *