vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
14:55 | 12 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2214 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəislər işdən qovuldu

Ermənistan parlamentində korrupsiya qalmaqalı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan parlamentində işləyən vəzifəli şəxslərin korrupsiya və fırıldaqçılıq əməlləri ifşa olunub. Bu barədə «Jamanak» qəzeti yazıb. Nəşrin yazdığına görə, bir müddət əvvəl Ermənistan parlament heyətinin bir neçə yüksək vəzifəli şəxsi işdən azad edilib. Məlumata görə, həmin şəxslər uzun müddət parlamentin maliyyə resurslarını idarə ediblər.

Belə ki, Ermənistan parlament heyətinin rəis müavini, işlər idarəsinin rəhbəri Erik Minasyan, Maliyyə və mühasibat şöbəsinin rəis müavini Ruzanna Atoyan, mühasibat qeydiyyatı bölməsinin rəisi Susanna Ayvazyan tutduğu vəzifədən azad edilib.

Maliyyə və mühasibat qeydiyyatı şöbəsinin rəisi Vardan Tovmasyan isə rəis vəzifəsindən azad edilərək eyni şöbənin rəis müavini vəzifəsinə təyin edilib. Qəzetin verdiyi məlumata görə, qeyd edilən şəxslərin fəaliyyətlərinin araşdırılması nəticəsində milyonlarla vəsaitin sui-istifadə yolu ilə mənimsənilməsi halları aşkar edilib.

Qeyd edək ki, Ermənistanda keçirilən sonuncu parlament seçkilərində qalib gələn yeni deputatlar öz otaqlarını təmir etmək məqsədilə, sözügedən heyətə müraciət etmişdi. Lakin mühasibatlıqdan alınan cavab yeni deputatları çıxılmaz vəziyyətə salmışdı. Belə ki, mühasibatlıq parlamentin büdcəsində yetərli vəsaitin olmadığını iddia edərək deputatların otaqlarının təmir edilməyəcəyini bildirmişdi.

Baş verən korrupsiya hallarının parlamentin sabiq sədri Qalust Sahakyanın icazəsi ilə icra edildiyi bildirilir.(azvision.az)