vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TOP OYUNLARI  
22:10 | 12 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1715 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistana baxıb təsəlli tapanlar

Yaxud ovuc içində olan ölkə futbolu

FƏRİD

Topaz Premyer Liqasının oyunlarını izləmək üçün təsadüfi hallarda Bakını tərk edirik. «Kəpəz» Gəncə stadionu təmir olunana kimi qapıları gəzir, «Qarabağ» məlum səbəblərdən paytaxtda məskunlaşıb. Yalnız Qəbələ və Bakının qulağının dibindəki Sumqayıt çempionatın kütləviliyinə xidmət edir.

Hətta «Kəpəz»in də ikinci dövrəni evində başlayacağını nəzərə alsaq, yalnız 3 komandanın Bakıda məskunlaşmadığını qeyd edə bilərik. 8 komandalı birinciliyin 5 təmsilçisi paytaxtı təmsil edir ki, bu siyahıya «Neftçi», «Zirə», «İnter», «Səbail» və məcburi «bakılı» «Qarabağ» daxildi. Bu, o deməkdi ki, klublarımızın 62,5 faizi bir ovucun içindədi.

Bölgə futbolunun diqqətdən kənar qaldığını təkcə bu fakt göstərir. Regionlar diqqətdən kənar qalıb, elə bu səbəbdən milli komandalar üçün futbolçu nəsli yetişmir. Tovuz, Lənkəran, Mingəçevir, Quba, İmişli kimi futbol şəhərləri ən yaxşı halda zəif imkanlı division klublarının ümidinə qalıb. AFFA-nın monopoliyasında olan, bu qurumun əlinə baxan Premyer Liqa klubları sanki Bakı birinciliyinin və ya zavod çempionatının iştirakçılarıdı.

Bəs, əslində necə olmalıdı? Aparıcı Avropa ölkələrinin, postsovet məkanından olan sabiq «qardaşlar»ın, eləcə də qonşuların rəqəmli müqayisəsindən aydın olur ki, Azərbaycanda futbol siyasəti düzgün aparılmır.

20 komandanın mübarizə apardığı İspaniya, İtaliya, Fransa və İngiltərədə futbol bütün ölkəyə yayılıb. İspaniyada cəmi 2 paytaxt komandası elitada mübarizə aparır, ümumiyyətlə isə 17 şəhər yarışda təmsil olunur. İtaliyada da Romanın 2 klubu var – burada 15 şəhər elita üzü görür. İngiltərədə paytaxt komandaları nisbətən çoxdu. Dumanlı Albionda 14 şəhər əsas liqadadı və onlardan 5-i Londonda məskunlaşıb. Fransada, eləcə də 18 komandanın mübarizə apardığı Almaniyada bütün komandalar ayrı-ayrı şəhərlərin təmsilçisidi və paytaxtın cəmi bir «döyüşçüsü» var.

Keçmiş SSRİ ölkələrindən Ukrayna və Belarusa diqqət yetirdik. Məlum oldu ki, Ukraynada 12 komanda 10 şəhərə paylanıb və onlardan yalnız ikisi Kiyevdə məskunlaşıb. 4 paytaxt təmsilçisi olan Belarusda da 16 komanda 13 bölgəni təmsil edir.


Qonşularımızda da vəziyyət bizdən yaxşıdı:

Rusiya – 16 iştirakçı, 13 şəhər yarışda təmsil olunur, 3 klub paytaxtda məskunlaşıb

Türkiyə - 18 iştirakçı, 13 şəhər yarışda təmsil olunur, 2 klub paytaxtda məskunlaşıb

Qazaxıstan – 12 iştirakçı, 12 şəhər yarışda təmsil olunur, 1 klub paytaxtda məskunlaşıb

Gürcüstan - 10 iştirakçı, 7 şəhər yarışda təmsil olunur, 3 klub paytaxtda məskunlaşıb


AFFA yalnız Ermənistana baxıb, təskinlik tapa bilər. Üzdəniraq qonşularımızda vəziyyət bizdən də pisdi. Burada çempionat iştirakçısı olan 6 komandadan 5-i İrəvanda düşərgə salıb. Bizim məmurlar da deyəsən, futbolumuzu bataqlıqda olan ermənilərin vəziyyətinə çatdırmaqda israrlıdı. (futbolinfo.az)