vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
TOP OYUNLARI  
01:24 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 323 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ»ın uduzması və Şuşa yağışı

Bu gün alınmadı, belə oynamamaq lazım

Nazim SABİROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ» uduzdu. Hamı möcüzə olmayacağını bilirdi, amma bu hesabı da gözləmirdi. Məyusluq var. Çünki meydanda bizim uğurlarına sevindiyimiz «Qarabağ» idi.

Fasilədə dostlardan biri zəng edib məni danladı. «Bu nə oyundu» deyə? ««Yuventus» da uduzur, insafın olsun» deyəcəkdim, amma demədim. Çünki «Qarabağ» futbolu hətta bu gecə «Çelsi» nin hansı titullu klub olduğundan xəbərsiz adamlara da sevdirib, bunun yalanı yox. Hamı bu kluba azarkeşlik etdiyini bir vasitə ilə bildirir. Heç «Yuventus» yadamı düşür…?

Bu gecə yazmağın bəlkə də yeri yoxdur. Amma «Qarabağ» çox adamlar üçün indi Qarabağa gedən yol kimidir. Hətta qarşısındakı divarı belə yalın əllə yarmağın mümkünlüyünə inanmaq istəyirlər. Londondakı məğlubiyyəti sinirə bilməyənləri bu baxımdan anlamaq lazım... İnanmazsız, XXI əsrdə belə adamlar var. İstəyirlər «Qarabağ» hətta mümkünsüzü belə etsin ki, sabah elə cəbhədə də bu cür uğurlar başlasın. Nə yaxşı ki, belə adamlar var...Sevinmək lazım…

… Bakıda iki aydan çoxdur yağış yağmır. Londonda isə oyun boyu yağış deyəsən heç kəsmədi. «Qarabağ» bu hesabla uduzmağa layiq komanda deyil. Amma bu gün alınmadı. Heç nə alınmadı… «Qarabağ» kimlə oynadığının psixoloji basqısını üzərindən ata bilmədi. «Çelsi»yə qol vurmaq üçün bütün boşluqları verdilər və onlar da vurdu… vurdu…

Bu hesaba təskinlik üçün söz tapmaq çətin. Ən pisi «Qarabağ» bu gecə meydanda xarakter göstərə bilmədi. Biz «Çelsi»yə 6 top fərqi ilə uduzmaq üçün ÇL qrupuna düşək deməmişdik… Amma bu gecə belə oldu. Qarşıda oyunlar var... Belə oynamamaq lazım...

…Hava proqnozu bu gecə Şuşada yağış yağacağını xəbər vermişdi. Şuşaya Londondakı kimi yağış yağdımı görən…?


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *