vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
11:43 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2031 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şübhəsiz dəlillər əldə etmişəm»

Bloqqer Lapşin: «Qarabağ Azərbaycan torpağı olub və olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bloqqer Aleksandr Lapşin əfv edilməsindən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyevə məktub yazaraq, humanizm nümayiş etdirdiyinə görə minnətdarlıq edib.

«Bu gün öyrəndim ki, Siz mənim əfv edilməyim barədə fərman imzalamısınız. Sizə hədsiz minnətdaram. Yəqin ki. həyatım boyunca heç bir hadisəni bu qədər səbirsizliklə gözləməmişəm!», – Lapşinin surəti virtualaz.org-un redaksiyasında olan məktubunda deyilir.

Azərbaycan prezidentinə müraciətində bloqqer bildirib ki, etdiyi əmələ görə peşmandır və Dağlıq Qarabağa getdiyi vaxt regionda baş verənlər barədə müfəssəl məlumatı olmayıb.

«İndi Qarabağın Azərbaycan torpağı olması barədə şübhəsiz dəlillər əldə etmişəm. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək», - məktubda qeyd olunur.

Bloqqer həmçinin Azərbaycan xalqına işğal olunmuş ərazilərin tezliklə azad edilməsini arzulayıb.

«Bir daha məsuliyyətsiz addımlarımdan peşman olduğumnu bildirirəm. Mənim işim üzrə göstərdiyiniz anlayışa və rəhminizə görə Sizə çox təşəkkür edirəm.

İcazə verin, Sizə, Sizin ailənizə, bütün Azərbaycan xalqına sağlamlıq, uzunömürlülük, çiçəklənmənin davamını və işğal altında olan torpaqların tezliklə azad edilməsini arzulayım», - Lapşin yazıb.