vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNEY  
12:16 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2435 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhsilin ana dilində olmaması və erkən yaşda evlilik

İranın sərhəd bölgələrində qızların 50 faizinin ibtidaidən sonra məktəbə getməmək səbəbləri açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Adətən yoxsul qeyri-fars cəmiyyətlərin yaşadığı İranın sərhəd vilayətlərində qız uşaqların təqribən 50 faizi ibtidai və ya ondan sonra məktəbi tərk etmək məcburiyyətində qalırlar. İranın Təlim və Tərbiyə Nazirliyinin ibtidai təhsil üzrə sədr müavini Rizvan Həkimzadə bu haqda mətbuata məlumat verib.

«Qız uşaqlarının məktəbi atmasının ən böyük səbəbi onların erkən yaşlarda evləndirilməsidir», - deyə Həkimzadə açıqlamasında vurğulayıb.

«Xüsusilə kiçik şəhərlərdə uşaqlar ailə üçün işçi qüvvəsi hesab edilirlər. Onlar misal üçün kəndlərdə məhsul toplama zamanı ailələrinə yardım etməli olurlar. Bəzi bölgələrdə də ailələr qızlarını qadın müəllimlərin olmadığı məktəblərə göndərmək istəmirlər».

Təlim və Tərbiyə Nazirliyinin sədr müavini sərhədyanı əyalətlər və təhsilini tərk edən şagirdlərin sayına işarə etməyib.

Güney Azərbaycanının üç sərhədyanı Əyaləti əhalinin savadlılıq səviyyəsi və ibtidai məktəb şagirdlərinin sinifdə qalması baxımından ölkənin ən uğursuz əyalətlərindən hesab edilir. Qərbi Azərbaycan Əyaləti son iki ildə ibtidai məktəb şagirdlərinin davamsızlığı baxımından ölkədə ikinci yeri tutub.

Rəsmilərin açıqlamalarına görə, bu uğursuzluğun əsas səbəblərindən ana dilinin farsca olmaması, habelə sinif və müəllim çatışmazlığıdır.

Təhsildən məhrum olan şagirdlərin sayına görə, Qərbi Azərbaycan Əyaləti ilə yanaşı Sistan-Bəluçistan, Xuzistan və Hormozqan Əyalətlərinin adları da birinci sıralarda çəkilir.

Savadsızlıq səviyyəsinin ən yüksək olduğu vilayətlərdən olan Qərbi Azərbaycanda savadsız əhalinin üçdə ikisi qadındır.