vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
12:36 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2405 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Katibliyinin gülünü dərdik...

Jurnalistliyinin gülabını çəkərik...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Media Komitəsinin yaradılması gündəmdədir. AFFA-nın təşəbbüsü ilə son 6 ayda 2 komitə yaratmışıq. Əminliklə deyə bilərəm ki, bunun faydasını görürük. Media Komitəsinin yaradılması vacibdir. Bu qurum 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlıq çərçivəsində olmalıdır. İdman mediası növbəti illərdə inkişaf etməlidir ki, Avropanın aparıcı ölkələri ilə rəqabət apara bilsin. Beynəlxalq təcrübədən yararlanmağımız da mütləqdir. Bu komitə mətbuatın inkişafına da təkan ola bilər».

Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov hələ 2015-ci il aprelin 12-də Futbolxeber.az saytına müsahibəsində demişdi.

Təxminən 1 il sonra baş katib istəyini reallaşdırdı. Media Komitəsi yaradıldı. Amma Elxan Məmmədovun yuxarıda səsləndirdiyi fikirlərdən reallaşanı elə yalnız Komitənin yaradılması oldu.

Məmmədov «idman mətbuatı inkişaf etməlidir» desə də, geridə qalan müddətdə mətbuat irəli yox, hətta geri gedib deyə bilərik. Reallıq budur ki, Azərbaycan idman mətbuatı şəraitinə görə nəinki Avropanın aparıcı ölkələri, heç yaxın və qardaş Türkiyə və Rusiya KİV-i ilə belə, müqayisəyə gəlməyəcək səviyyədədir.

AFFA-nın baş katibi «Beynəlxalq təcrübədən yararlanmağımız mütləqdir» desə də, geridə qalan 2 ildə bu baxımdan heç bir addım atılmayıb. 1 dəfə jurnalistləri AFFA Tiflisdə keçirilən UEFA Superkuboku uğrunda görüşü izləməyə göndərib ki, onda da tribunada tamaşaçı kimi oturmuşduq. Yəni Gürcüstan paytaxtında hər hansı təcrübə qazanmaqdan söhbət gedə bilməzdi. Göründüyü kimi, Elxan Məmmədovun təşəbbüsü ilə yaradılan digər 2 komitə kimi AFFA Yanında Media Komitəsi də ciddi heç nə ilə yadda qalmır.

Komitənin İdarə Heyətinə seçilənlərdən bir neçə nəfərin vaxtından əvvəl qurumdan ayrılmaları Komitənin nüfuzuna ciddi təsir göstərib. Xüsusən də «Futbolpress»in rəhbəri Elçin Cəlilovun gedişindən sonra komitə çox sönük görünür. Çünki digərlərindən fərqli olaraq, Cəlilov komitədən ayrılmasının səbəbini geniş şəkildə izah etdi. Dəyərli həmkarımız məhz baş katibin komitəyə qeyri-ciddi münasibətinə görə istefa verdiyini bildirdi ki, onun bu addımı tam haqlı idi.

Dünən Azərbaycan futbolu üçün tarixi gün idi. İlk dəfə olaraq çempionumuz Çempionlar Liqasının qrup mərhələsində meydana çıxdı. Özü də səfərdə, adlı-sanlı «Çelsi»yə qarşı. Təəssüflər olsun ki, həmin görüşü heç bir azərbaycanlı idman jurnalisti yerindən işıqlandıra bilmədi. Budur inkişaf? Elxan bəy, inkişaf belə olmur. Azərbaycan futbolunda böyük pullar dövr etsə də, idman mətbuatının durumu acınacaqlıdır.

Hazırda ölkədə peşəkar səviyyədə fəaliyyət göstərdiyini iddia edən 30-dan çox sayt var. Amma onlardan heç biri tarixi qarşılaşmanı yerindən işıqlandıra bilmədi. Elxan bəy, axı 2 il qabaq siz idman mediasının növbəti illərdə inkişaf etməli olduğunu, Avropanın aparıcı ölkələri ilə rəqabət apara bilməsini istəyirdiniz. Nə oldu? Bəs bəh-bəhlə yaratdığınız komitə niyə Londona jurnalist göndərə bilmir? Cavabı çox bəsitdir. Çünki siz həmin komitəyə qeyri-ciddi yanaşırsız. Adicə bir məqama diqqət yetirək. Media Komitəsinin illik büdcəsi heç 100 min manat çatmır. Amma vaxtı ilə AFFA-nın rəsmi nəşri olan, Azərbaycan futboluna 1 qara qəpik də faydası dəyməyən, klubların zorla abunə olduqları «Futbol dünyası» qəzetinin illik büdcəsi 200 mindən çox idi...

Amma yanılmışam. Mən elə bilirdim ki, Elxan Məmmədov mətbuatı düşünmür. Belə deyilmiş. İdman jurnalistlərindən fərqli olaraq, baş katib Londonda ikən Britaniya paytaxtında media nümayəndələrinin olmadığını gördü, məsuliyyəti üzərinə götürdü. Yəqin ki, dünəndən bir neçə saytda baş katibin «Qarabağ»la bağlı yazısına rast gəlmisiniz. Məhz həmin yazıdan sonra Elxan bəyin mətbuatı nə qədər çox düşündüyünə əmin oldum. Deyəsən, baş katib bizim də çörəyimizə göz dikib. Azərbaycan futbolunu ağ günə çıxaran Elxan Məmmədov jurnalistika ilə daha peşəkar səviyyədə məşğul olmağa başlasa, qalacağıq işsiz-gücsüz...

Elxan Məmmədov hər uğurda bir yana, hətta hər prosesdə baş rolda görünməyi sevir. Londonda azərbaycanlı reportyor olmadığı üçün oradan yazmağı da özünə lazım bilib, rəhbərliyin klubu ziyarət eləməsinə aid fotolara özünü dürtməsini də, hər şeyi, hər şeyi...

Guya ki, baxın, mən də burdayam.

Axı «Qarabağ» ölkə başçısından tutmuş, hamının diqqət mərkəzindədir.

Bura qədər olan enişli-yoxuşlu yollarda Elxan Məmmədov harda idi?!

Niyə məhz indi özünü dürtür araya?

Bura qədər deyək də hardaydı.

AFFA-da «Qarabağ»ın əleyhinə təbliğatın ideoloqluğunu edirdi.

AFFA-nın çox funksioneri futbol aləmində bu klub əleyhinə təbliğat aparır, ancaq klub rəsmilərindən kimisə görəndə qucaqlaşıb, öpüşüb.....

Bunlardır indi «Qarabağ»ı tərifləyən?! (Futbolxəbər)