vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
11:56 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 224 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mənə qələbə lazımdır!

Mənə torpağım lazımdır

Azər RƏŞİDOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən anladım ki, futbola və siyasətə münasibətimiz eynidir. Eyforiyaya qapılmaq, reallığı nəzərə almamaq, əsəbi və qəzəbli reaksiyalar, kiçik qələbədən baş gicəllənmə, məğlubiyyətə don geyindirmək cəhdi və s. Nə səhvləri araşdırmaq, nə rəqibi dəyərləndirmək bizə lazım deyil.

«Çelsi» normal ölkənin siyasi elitası (yaxud əks siyasi elitası) kimi qəbul edilərsə, «Qarabağ» da Azərbaycanın siyasi (əks) elitası kimi dəyərləndirilə bilər. Maddi resurs və qələbə əzmi (məsələn Türkiyə yığmasında olduğu kimi) olmadan heç nəyə nail olmaq mümkün deyil. Əsəbi bağırtılar heç nəyi dəyişməyəcək. Qurban Qurbanovu dünən baş tacı edənlər, bir qədər sonra onu yerə çırpıb, təpikləyəcəklər, müxalifət liderlərini başımıza qaldırıb, onlardan real olmayan fəaliyyət gözlədiyimiz və bu alınmayanda yerə çırpdığımız kimi. Azərbaycanın futbol azarkeşi də eynilə siyasət azarkeşinə bənzəyir. Eyni materialdır.

Futbol eksperti olmasam da, oyuna diqqətlə baxdım və bu nəticəyə gəldim - futbol çox böyük pul, böyük təcrübə, nəyin bahasına olursa olsun qələbə əzmi tələb edir (elə siyasət də). Niyə Azərbaycan insanı «Qarabağ»ın qələbəsinə təşnə idi? Çünki klubun adı «Qarabağ» idi. Qulağı sırğalı, başı kəkilli və məqsədi ancaq pul qazanmaq olan, «başqa kim mənə pul verəcək ki, Avropa klublarında uzağı qəpik-quruşa top daşıyırdım» fikirləşənlərlə «Çelsi»ni məğlub etmək olmaz. O uşaqların Qarabağ dərdi yoxdur və onlar üçün bu oyun ancaq və ancaq yaxşı qonorar vəd edən idman yarışıdır. Qurban Qurbanov mümkün olanı elədi. Qurbanın və komandasının potensialı elə bura qədər idi. Qurbanı bütləşdirmək lazım deyil, əsassız tənqid eləmək də mənasızdır. «Bu bizə yetər, «Çelsi» bilirsən nədir?» tezisi ziyanlıdır. Qələbəyə təşnə olan millət üçün nə rus amili var, nə erməni, o, torpağını azad edir, futbolunu oynayır və qələbə qazanır. Mənə qələbə lazımdır. 6-0 hesabı kimi acınacaqlı məğlubiyyət deyil. Mənə 5+1 formatlı sülh danışıqları lazım deyil, mənə torpağım lazımdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *