vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
13:31 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 210 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elxan Məmmədovun alın(mayan) yazısı ...

... Yaxud naşı bənnanın pinti divar hörgüsü

Elçin CƏLİLOV

MÖVZU İLƏ ƏLAQƏLİ

AFFA-nın baş katibi Elxan Məmmədovun son ərəflər məqalə yazmaq təşəbbüsü artıb. Xüsusən, UEFA İcraiyyə Komitəsinə seçkidə uduzandan sonra, elə bil, gənc və perspektivli kadrımıza ilham pəriləri təkan veribdir. Demək olar ki, hər fəsildə 1-2 məqaləsi dərc olunur. Sonuncusu qızmar yay aylarında videotəkrar mövzusunda idi.

Bu dəfə də Londondan, «Stemford Bric»dən yazıb. «Qarabağ»ın «Çelsi» səfərini izləməkçün gedən Məmmədovun həm  də məqalə yazması məni düşündürdü.

Axı tanıdığım, şəxsi keyfiyyətlərinə bələd olduğum Məmmədovun bu qədər səmimi, canıyanan olmadığını dəqiq bilirəm. İndi sizə Məmmədovun məqaləsi ətrafında bəzi detalları qabartaq istəyirəm.

Məmmədovun məqalələri çox zəifdir. Yazısında bəhs etdiyi, az sonra toxunacağım uğursuz «İnter» interpretasiyasındakı kimi. Bakı «İnter»inin keçmiş prezidenti Georgi Nikolovun yazıları daha uğurlu kompozisiyaya malik idi. Məsələn, o, subyektivlərlə «üçüncü tərəf» mövqelərini çox uğurlu uzlaşdıra bilirdi. Həm də aforizmlərin yazıda işlənmə məqamını incəliklə hiss edirdi. Ona görə də yazdıqlarının enerjisi vardı - oxuduqca səni öz emosiyasına salırdı.

Məmmədovun məqalələrində sözlər daşları naşı bənnanın işi - pinti divar hörgüsü kimidir.

Sitat: «Çempionlar Liqasının qrup mərhələsinə məhz «Qarabağ»ın vəsiqə qazanmasını və bu nəticəyə nail olmaq üçün Azərbaycan futbolunun hansı yolu qət etdiyini bildiyimiz üçün və «İnter»ə (Bakının yox, Milanın təmsilçisinə) qarşı oyunu yaxşı xatırladığımıza görə bu nəticə bizim hər birimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Mənimçün daha bir vacib məqam var. Doğrudur, bu, bir az sentimental görünə bilər, amma, hər halda, sizinlə bölüşmək istədim, hörmətli oxucular».

Bu sitatda Məmmədovun bəlkə də təbəssüm yaratmaq istəyi ilə elədiyi «İnter» - Milan/Bakı söhbəti uğursuz skeçdi. İdman mediasında elə yazarlar var ki, öz ekstravaqant cümlə manevrləriylə idman oxucusunun yumor/isterika tələbatını çox yüksəyə qaldırıb. Sizin təklif elədiyiniz adi oldu.

Məmmədovun sentimental deyib, yazdığı sitata baxaq: «Ötən əsrin 90-cı illərinin sonlarında, daha dəqiqi, 1997-ci ilin qışında, Londonda təhsil aldığım dövrdə stadionda izlədiyim ilk oyunlardan biri «Çelsi» və «Mançester Yunayted» arasında qarşılaşma idi. Məhz o zaman artıq ulduz olan Devid Bekhemi və «Çelsi»nin meneceri (məşqçisi) çalışan Ruud Qulliti canlı gördüm. «Çelsi» hesabı açdı, yanılmıramsa, Zola fərqləndi (bu, onun uğurlu mövsümü idi). Qol «Stemford Bric» oxumağa başladıqdan sonra vuruldu...

Bundan sonra, belə demək mümkünsə, «Fergie Time» başladı və «Mançester Yunayted» meydan sahibinə qarşı pressinq tətbiq etdi. Cərimə meydançasına növbəti hava ötürməsindən sonra top qəribə trayektoriya ilə Devid Bekhemə doğru yönəldi. O isə topu saxlamadan, havada ikən birbaşa qapıya vurdu. Top qapı tirinin altından qapıya daxil oldu. Çox gözəl qol alındı. Həmin qolu dünən vurulmuş kimi yaxşı xatırlayıram. Yəqin ki, indiyə qədər stadionda canlı izlədiyim ən gözəl qollardan biri idi.

Heç təsəvvürümə də gəlməzdi ki, 20 ildən sonra «Stemford Bric»də Azərbaycan klubunun oyununun şahidi olacağam».

Açığı, özümü sentimental oxucu saymıram, siz deyin, bu sitatda müəllifin iddia elədiyi sentimentallığı hansı detalda gördünüz, hiss elədiniz?

Ən sentimental hissəsi özünün Londonda oxumasını reklam eləməsi oldu. Həqiqətən də, duyğuluydu...

«Yeri gəlmişkən, səhv etmirəmsə, «Çelsi» – «Mançester Yunayted» qarşılaşması 1:1 hesabı ilə yekunlaşmışdı. Sentyabrın 12-də keçiriləcək oyun hansı hesabla başa çatırsa-çatsın, gəlin komandamızla fəxr edək və Çempionlar Liqası məqamından zövq alaq...»

Və yazı bu cümlə ilə də bitir.

Çox qısa, yazmaq xatirinə, enerjisi olmayan bu mətni Məmmədovun azərbaycancasının tələffüzündə yazsaq, daha yumoristik, yaxud sentimental alınardı.

Həm də, Məmmədov, gəlin öz aramızda kiçik bir məqamı xatırladaq. Axı siz «Qarabağ»ın, Qurban Qurbanovun uğurlarından sevinən, coşan, sentimentallaşan deyilsiniz. Yazının girişində bildirdim, sizi yaxşı tanıyıram, psixoloji portretinizi də özümçün cızmışam. Bəli, müsbət məziyyətləriniz az deyil, ancaq bu mövzuda səmimi olmadığınıza əminəm. Ona görə məqaləniz də olduqca «quru», natamam alınıb.

Siz əlində balta - düşünən Raskolnikov kimi - «Qarabağ»ın uğurlarını parçalamaq, öz adınıza da pay götürməyə hazır durumdasınız.

Qurbanovun böyükmiqyaslı uğurları onu millinin baş məşqçisi postuna sürətlə yaxınlaşdırır. İstəyərsiz? Nrç. Çünki sizin sisteminizlə oturub-duracaq xarakterdə olmadığını gözəl bilirsiz. Öz sistemini quracaq.


***


Məncə, növbəti dəfələrdə məqalə yazanda bunu istədiyinizi əvvəldən içinizdə hiss edin.

Biz məqaləyə qarşı çox həssasıq. Çünki bu, bizimçün həm dram, həm komediya, həm tragikomediya, həm rekviyem, həm... biz bu işlə yaşayırıq. Bizi yaşadan məfhuma hörmətsizliyi qəbul eləmərik...

«Çelsi»-«Qarabağ» matçını stadiondan izləmək komfortunu yaşayın. Ora məhz bununçün getmisiniz/dəvət olunmusunuz və s. Bu, daha səmimi olar. Hiss olundu ki, məqalə-filan artıq şeydir.  Eləməyin belə... (futbolpress.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *