vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
15:16 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2713 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İki «S-400» gələn il gələcək»

Türkiyənin Rusiya raketlərinə artan maraqları körükləyən səbəblər

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Rusiyadan «S-400» zenit-raket komplekslərinin alınması ilə bağlı müqaviləyə imza atıb, prezident Rəcəb Tayyib Ərdoğan «Hürriyet» qəzetinə bildirib. Müqavilənin bağlanmasını Rusiya tərəfindən prezident Vladimir Putinin köməkçisi Vladimir Kojin təsdiqləyib.

Bu, Rusiya ilə, 1952-ci ildən bəri NATO üzvü olan, Türkiyə arasında ilk iri silah razılaşmasıdır.

«Rusiyadan «S-400»lərin alınmasına dair sənədlər imzalanıb. Bildiyim qədər depozit artıq ödənilib», - tərəflərin müqavilənin yerinə yetirilməsində qərarlı olduğunu deyən Türkiyə lideri bildirib.

Türkiyə hökumətindəki anonim mənbəyə istinad edən «Bloomberg» agentliyi müqavilənin təfərrüatları barədə yazır: Türkiyə artıq gələn il iki «S-400» alacaq, daha iki kompleks isə Türkiyənin silah zavodlarında yığılacaq.

Rusiya tərəfindən sənədlərin imzalandığını təsdiqləyən Vladimir Putinin köməkçisi deyib ki, Qərb ölkələri hərbi təchizatla bağlı Türkiyə üzərinə təzyiq göstərməyə cəhd edirlər.

Vladimir Kojin bu barədə TASS agentliyinə danışarkən bildirib.

«Müqavilə imzalanıb, onun yerinə yetirilməsinə dair hazırlıq aparılır. Siz bilirsiniz ki, «S-400» bir sıra texniki vasitələrdən ibarət olan ən mürəkkəb sistemlərdən biridir, odur ki, burada çoxsaylı xırdalıqlar mövcuddur», - Kojinin sözlərindən TASS agentliyində iqtibas gətirilir.

Türkiyəyə yeni havadan müdafiə sistemləri nə üçün lazımdır?

İyul ayında Pentaqonda qarşıdan gələn Rusiya-Türkiyə razılaşması ilə bağlı narahatlıq izhar olunub.

«Bizi maraqlandıran yeganə səbəb sistemlərin uzlaşıb-uzlaşmamasıdır. Türkiyə NATO-nun müttəfiqidir və ümumilikdə müttəfiqlərin uzlaşan avadanlıq alması daha yaxşıdır», - iyul ayında Rusiya-Türkiyə sövdələşməsinə münasibət bildirən Pentaqonun rəsmi nümayəndəsi, kapitan Ceff Deyvis (Jeff Davis) deyib.

O, alyans üzvlərinin əksəriyyətində Qərb istehsalı olan silah sistemlərinin tətbiq olunduğunu bildirərkən qeyd edib ki, NATO əsgərlərinin çoxu Rusiya texnikasını işlətmək üçün təlimləndirilməyib.

"Sizin bəhs etdiyiniz («S-400» üzrə sövdələşmə), uzlaşmayan silah sistemlərinin təchizatına aiddir və əlbəttə ki, narahatlıq doğurur, lakin bu Türkiyənin qərarıdır", - Deyvis bildirib.

«S-400» sisteminin hədəf dairəsi 400 kilometrdir.

Bu ABŞ-ın istehsal etdiyi Patriot komplekslərinin hədəf dairəsindən bir neçə dəfə artıqdır.

Patriot sistemləri ABŞ, Almaniya və Hollandiya tərəfindən Suriya ilə sərhəd bölgəsində yerləşən Türkiyə yaşayış məntəqələrində 2013-cü ildə quraşdırılıb.

«Ankara istəməzdi ki, Suriya ilə sərhədin qarşı tərəfində kürdlərin nəzarət etdiyi ərazilər yaransın. Bu məqsədlə o, Suriyada ABŞ tərəfindən dəstəklənən silahlı qruplaşmalara hava zərbələri endirir», - BBC-nin diplomatik məsələlər üzrə icmalçısı Conatan Markusun (Jonathan Marcus) həmin ərəfədə yazdığı təhlildə deyilirdi.

Müşahidəçilərə əsasən Türkiyə artıq bir neçə ildir ki, öz havadan müdafiə sistemlərinin hədəf dairəsini genişləndirməyə səy göstərir.

2013-cü ilin sentyabr ayında Ankara yeni silah növləri sahəsində Pekinlə əməkdaşlığa üstünlük vermişdi.

Belə ki, Çinin təklifi Avropanın EUROSAM və Patriot sistemi üzərində qurulmuş «Raytheon» və «Lockheed Martin» şirkətlərinin rəqib layihələrinə qalib gəldi.

Bu qərar NATO üzrə müttəfiq ölkələr arasında narahatlıqla qarşılanmışdı.

Ankara bir qədər keçmiş Pekinlə əməkdaşlıqdan imtina edərək ABŞ-Aİ konsorsiumu ilə danışıqlara başladı.

Lakin hazırda Türkiyə prezidenti Rusiya ilə sövdələşməni başa vurmaqda qərarlıdır.

«Heç kim Türkiyə Cümhuriyyətinin müstəqillik prinsiplərini və müdafiə sahəsindəki müstəqil qərarlarını mühakimə etmək hüququna malik deyil», - Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü verdiyi müsahibədə vurğulayıb.

«Biz ölkəmizi müdafiə etmək üçün təhlükəsizlik tədbirləri görmək məcburiyyətindəyik», o əlavə edib. Bu qərar NATO üzrə müttəfiq ölkələr arasında narahatlıqla qarşılanmışdı.

Ankara bir qədər keçmiş Pekinlə əməkdaşlıqdan imtina edərək ABŞ-Aİ konsorsiumu ilə danışıqlara başladı.

Lakin hazırda Türkiyə prezidenti Rusiya ilə sövdələşməni başa vurmaqda qərarlıdır.

«Heç kim Türkiyə Cümhuriyyətinin müstəqillik prinsiplərini və müdafiə sahəsindəki müstəqil qərarlarını mühakimə etmək hüququna malik deyil», - Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü verdiyi müsahibədə vurğulayıb.

«Biz ölkəmizi müdafiə etmək üçün təhlükəsizlik tədbirləri görmək məcburiyyətindəyik», o əlavə edib.