vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
16:17 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2293 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəhmanlı limanı quruyub

Fars-molla rejiminin Urmiya gölünə olan biganəliyi ekoloji fəlakətə çevrilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın Urmiya gölü və ətraf ərazilərdə ekoloji vəziyyət getdikcə ağırlaşır. Son günlərdə Urmiya gölünün Rəhmanlı limanının quruduğunu əks etdirən şəkillər yayılıb, şəkillərdə göründüyü kimi limanın suyu təmami ilə quruyub.

Rəhmanlı limanı Əcəbşer şəhərinin 10 kilometrliyində yerləşir. Bu liman vaxtı ilə ticarətçilər tərəfindən aktiv şəkildə istifadə olunub. Belə ki, Urmiyada dəmir yolu xətti olmadığı üçün ticarətçilər gəmilərlə mallarını bu limana gətirib, oradan İranın müxtəlif məntəqələrinə göndərərdilər.

Rəhmanlı limanı həmçinin bölgənin turizm mərkəzlərindən biri kimi də məşhur olub. Urmiya gölündə yaşanan problemlərdən sonra limanda olan hər şey artrıq sıradan çıxıb, liman təmami ilə quruyub.

Ötən günlərdə Urmiya gölünün dərin və şimal tərəfində yerləşən böyük Şərəfxana limanının da quruduğunu göstərən görüntülər təqdim etmişdik.

Şərəfxana limanı Şərqi Azərbaycan Əyalətinin Şəbistər məntəqəsində yerləşir, onunla Təbriz şəhəri arasında 90 kilometr məsafə var.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani təxminən 4 il yarım öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmiya gölünün canlandırılması və Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evinin yaradılacağına dair vəd vermişdir. Artıq ikinci dəfə prezident seçilərək rəsmən fəaliyyətə başlayan H.Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilməyib.