vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:11 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2863 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya panikada

Bütün ölkəni bürüyən terror xəbərdarlığı dalğası Moskvaya da çatdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın şəhərlərində bu və ya digər binaya, obyektdə bomba qoyulduğu barədə üç gündür davam edən kütləvi xəbərdarlıqlar Moskvaya da çatıb.

Virtualaz.org xəbər verir ki, bu gün Moskvada iri ticarət mərkəzləri, vağzallar və bir sıra universitetlər kütləvi şəkildə partlayış təhlükəsi barədə informasiyalar alıblar. Belə xəbərdarlıqlar «Metropolis» ticarət mərkəzinə, Kiyev və Kursk vağzallarına, azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin «Yevropeyski» ticarət mərkəzinə, «Şeremetyevo» aeroportuna və digər obyektlərə daxil olub. Həmin obyektlərdən on minlərlə adam evakuasiya edilib.

Bundan əvvəl Rusiyanın regionlarında terror xəbərdarlığı haqda məlumatların daxil olması kütləvi evakuasiyalarla nəticələnmişdi. Hələlik hakimiyyət orqanları terror xəbərdarlıqlarının bu cür kütləvi xarakter almasını şərh etmir. İnformasiya təhlükəsizliyi üzrə ekspert Andrey Masaloviç «Moskovskiy komsomolets»ə bildirib ki, görünür söhbət ölkədə vəziyyəti qarışdırmağa yönəlmiş kütləvi haker hücumundan gedir. Onun fikrincə bu cür kiberhücumlar gələn ilki prezident seçkilərinə doğru daha da güclənəcək.