vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
11:57 | 14 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 3068 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

32 idlə 40 milayrd sərmayə qoyulacaq layihə

«Əsrin müqaviləsi-1» 32 mliyard sərmayə qarşılığında 125 milyard dollar gəlir vermişdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə «Azəri-Çıraq-Günəşli» neft yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanma mərasimi baş tutub.

VAXT.AZ Trend-ə istinadən bildirir ki, bu gün Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), «BP», «Chevron», «İNPEX», «Statoil», «ExxonMobil», «TP», «İTOCHU» və «ONGC Videsh Limited» şirkətləri ilə birlikdə bu gün «Azəri», «Çıraq» yataqları və «Günəşli» yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar.

Saziş Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır.

Saziş bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanıb.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faiz qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 dollar milyarddan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37 faiz; AzACG (SOCAR)- 25,00 faiz; «Chevron» - 9,57 faiz; «İNPEX» - 9,31 faiz; «Statoil» - 7,27 faiz; «ExxonMobil» - 6,79 faiz; «TP» - 5,73 faiz; «İTOCHU» - 3,65 faiz və «ONGC Videsh Limited» (OVL)- 2,31 faiz.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: «Bu gün Azərbaycan üçün əlamətdar bir gündür. Bu gün bizə «Əsrin Müqaviləsi»nin imzalandığı vaxtı xatırladır. O dövrün çətin siyasi və iqtisadi şəraitinə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində AÇG üzrə ilk müqavilənin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyulub. 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə 33 miyard dollar sərmayə qoyulub və 440 milyon ton neft hasil edilməklə ölkəmiz 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib. Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Azərbaycanın Milli Məclisi tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır».

BP şirkətinin Baş İcraçı Direktoru Bob Dadli deyib: «Ötən 23 il ərzində «Əsrin Müqaviləsi» Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi həqiqətən dəyişmişdir. Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmak imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi Yeni Əsrin Müqaviləsi adlandırmaq düzgün olar».

Qeyd edək ki, AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanmışdır. O vaxtdan bəri yatağın işlənməsinə təqribən $33 milyard sərmayə qoyulub. İlk neft «Çıraq» yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. İndiyədək AÇG-dən təqribən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft hasil edilmiş və bu neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. AÇG-dən həmçinin ümumilikdə 30 milyard kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. 2017-ci ilin birinci yarısında AÇG-dən gündəlik orta hesabla 585 000 barel hasilat əldə edilib. Hazırda AÇG-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.