vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜLƏŞ  
18:23 | 31 iyul 2012 | Çərşənbə axşamı Məqaləyə 2457 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2-ci qızıl çox gözlətmədi

Şərif Şərifov da Olimpiya çempionu oldu!!!

MÖVZU İLƏ ƏLAQƏLİ

84 kq çəkidə Azərbaycan güləşçisi Şərif Şərifov da Olimpiya çempionu oldu! Yarışa 1/8 finaldan başlamış Şərif ilk qarşılaşmasında türkiyəli İbrahim Bölükbaşı ilə qarşılaşıb. Qarşılaşmanın birinci hissəsi təmsilçimizin xeyrinə başa çatıb 3:1. Ardınca rəqib görüşdə tarazlıq yaratmaq istəsə də, Şərifov buna imkan verməyib. Bu dəfə də 5:3 hesabı ilə qələbə qazanan idmançımız növbəti mərhələyə yüksəlib.

1/4 finalda Şərif amerikalı Ceyk Herberti sınağa çəkib. O, ilk 2 döyüşündən fərqli, bu dəfə daha əla döyüş nümayiş etdirib. Birinci hissədə 4:1 hesablı qələbəyə sevinən təmsilçimiz ikinci hissədə 6 xal öndə olduğu üçün vaxtından əvvəl qalib olunub.
İdmançımızın yarımfinalda rəqibi iranlı Naser Laşqari olub. Görüş kifayət qədər çətin keçib. Birinci hissəni Şərif 1:0 hesabı ilə xeyrinə bitirsə də, növbəti 2 dəqiqədə rəqib 2:0 hesabı ilə qalib gəlib və qarşılaşmada bərabərliyi bərpa edib. Sonuncu hissədə isə Şərifov layiq olduğu qələbəni qazanıb (2:1).
Həlledici görüşdə Şərifovun rəqibi puerto-rikalı Yusept Espinal olub. İlk hissədə 5:1, ikinci hissədə isə 2:0 hesabı ilə qalib gələn Şərif London Olimpiadasında Azərbaycanın ikinci olimpiya qızılını qazanıb.
Bununla da ölkəmizin Olimpiadada qazandığı medalların sayı 9-a çatıb. Onlardan 2-si qızıl, 2-si gümüş və 5-i bürüncdür.