vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
20:13 | 14 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 3415 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Pul yığımını yığşdırın»

Allahşükür Paşazadə Ağdam axunduna: ««Qasım otağı»nın üstündə deşik olmasın»

MÖVZU İLƏ ƏLAQƏLİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ağdam üzrə idarənin nümayəndəsi, axund Hacı Barata Məhərrəmlik ayında «Qasım Otağı»da pul yığdığı üçün irad tutub.

QMİ-də Məhərrəmlik ayı ilə bağlı keçirilən iclas zamanı axundun Məhərrəmlik əzadarlığı ilə çıxışını dinləyən zaman onun sözünü kəsərək sual ünvanlayıb.

Şeyxülislam ondan əzadarlıq zamanı «Qasım Otağından» nə məqsədlə istifadə etdiyini soruşub. Axund Şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkib. Şeyxülislam davam edib: «Siz orada «Qasım otağı» yaradırsınız, üstündə deşik açırsınız ki, ora pul atılsın. Deməli, Qasım həzrətlərinin adından pul yığmaq üçün istifadə edirsiniz. Bu, düzgün deyil. «Qasım otağı»nı yaradın. Amma üstündə deşik olmasın. Pul yığımını yığşdırın».