vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:51 | 14 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 2162 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağda 8 düşmən hərbçisi öldü, 4-ü yaralandı

İki tək, bir cüt erməni əsgəri var, onlar da qəzalarda qırılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən işğal altındakı Azərbaycan ərazilərində ermənilərin N saylı hərbi hissəsinə aparan yolda hərbi yük maşını uçuruma yuvarlanıb.

Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində hərbi qulluqçulardan biri yazıb. Məlumata görə içərisi hərbçilərlə dolu yük maşınının uçuruma yuvarlanması nəticəsində 8 hərbçi ölüb, 4-ü yaralanıb. Sürücü son anda maşından atılıb və sağ qalıb. Yaralılar Xankəndi hospitalına aparılıb.

«Armenian army» adlı istifadəçi hadisə barədə yazır: «Bu gün sentyabrın 13-də saat 09.40 radələrində N saylı hərbi hissəyə gedən yolda Qarabağ Müdafiə Ordusunun hərbi yük avtomobili uçuruma aşdı. Qəza nəticəsində 8 hərbi qulluqçu öldü, 4-ü yaralandı. Yaralıların vəziyyəti barədə heç nə məlum deyil. Nəyə görəsə xəbərlərdə bu hadisə haqda heç nə deyilmir. Heç xəbər saytlarında da bu barədə məlumat yoxdur. Hər yerdə sakitlikdir. Hətta bizə heç nə demirlər. Hökumət nəyə görəsə bu haqda susur. Mən yaralı əsgərləri çıxarmağa şəxsən yardım etmişəm. 8 ölü, 4 yaralı saydıq. Ölənlərin siyahısı: Artem Ovsepyan, Karen Aloyan, Armen Karapetyan, Ovik Karoyan, Ayvaz Asatryan, Arsen Babayan, Qor Masisyan, Zaven Qriqoryan.

Yaralıların adları: Tiqran Aloyan, Karen Adjabyan, Artur Davoyan, Qrayr Kamovyan.

Onlar hamısı mənim xidmət etdiyim hərbi hissənin əsgərləridir. Qəzada mənim ən yaxşı dostum Artem Ovsepyan həlak oldu. Yaralılardan xəbər olmadığına görə mən qərara aldım ki, hadisəni burada yazım».

İstifadəçilərin bəziləri bu məlumatı paylaşıb, bəziləri isə istifadəçidən yazdıqlarını dərhal silməyi tələb edib.