vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
11:53 | 15 sentyabr 2017 | Cümə Məqaləyə 2777 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

London metrosunda partlayış

«Sanki böyük bir alov topu vaqon boyunca hərəkət edirdi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın paytaxtı London metrosunda stansiyaların birində partlayış baş verib. «Reuters» agentliyinin məlumatına görə, hadisə şəhərin qərb hissəsindəki «Parson Green» stansiyasında gerçəkləşib.

«Twitter»də yayılan şəkillərdən birində belə görünür ki, partlayıcı ağ rəngli vedrəyə qoyulmuş çantada olub.  London polisinin məlumatına görə, xeyli sayda yaralı var. İngiltərənin «Metro» qəzetinin xəbərinə görə, sərnişinlərdən bəzilərinin sifətlərində yanıqlar olub.

Hadisə yerinə xeyli sayda təcili yardım maşınları gəlib. Partlayışın panikaya səbəb olub. Xeyli sayda adam təşvişə içərisində olan kütlənin ayaqları altında qalıb.

Şahidlərin dediyinə görə, partlayış sərnişinlər vaqonlardan çıxarkən baş verib. «Sanki böyük bir alov topu vaqon boyunca hərəkət edirdi».

Hadisənin terror olub-olmadığı bilinmir.

Statistikaya görə, Londonda hər gün 5 milyondan artıq insan metrodan istifadə edir.