Birinci vitse-prezident Yaponiya XİN nazirinin müavini ilə görüşüb
Mehriban Əliyeva və parlamentari müavini Manabu Hori iki ölkə arasında qeyr-neft sektorunun inkişafını müzakirə etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
7,4 bal gücündə zəlzələ
Tayvanda və Yaponiyada sunami xəbərdarlığı edilib
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Son üç ildə ilk səfər
“Hərbi qarşıdurmanı iqtisadi əlaqələrlə qarışdırmayaq”
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
27 saatda 260 dəfə zəng
Polis ələ salıb təhqir edən şəxs həbs olundu
-
Yaponiyada bir ilk
Üç ölkə müştərək təyyarə hazırlayacaq
-
Yaponiya silahlanır
Vaşinqton “yaşıq işıq” yandırıb
-
Yaponiya Bankından müdaxilə
Yenin faiz dərəcəsi niyə bu qədər aşağı saxlanılır?
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
Qubadlının baş planı hazırdır
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
-
Zəngilan aeroportu beynəlxalq status aldı
Prezident və birinci xanım hava limanında baş çəkdi
Sentyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.
Mehriban Əliyeva Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horinin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onların sentyabrın 14-də Bakıda «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasında iştirakını məmnunluqla qeyd edib. Bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu, iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirib. Diqqətə çatdırıb ki, bu illər ərzində neft sahəsində əməkdaşlıq üzrə yaxşı təcrübə toplanıb və qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük potensial var.
Yaponiyanın innovasiyalar və texnologiyaların inkişafı sahəsində dünya lideri olduğunu vurğulayan Mehriban Əliyeva dedi ki, bu və digər sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur. Müxtəlif xalqların bir-birini daha yaxından tanıması üçün Azərbaycan humanitar sahənin inkişafına önəm verir və bu baxımdan təhsil sahəsində əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Alimlərimizin, müəllimlərimizin birgə layihələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Münasibətlərin möhkəmləndirilməsi üçün daha bir vacib sahənin turizm sahəsi olduğunu deyən Mehriban Əliyeva hazırda bu sahənin ölkəmizdə prioritet olduğunu, Azərbaycana gələn turistlərin sayının ilbəil artdığını məmnunluqla vurğulayıb. Bildirilib ki, sadələşdirilmiş viza rejimi bu sahənin inkişafına təkan verir. Yaponiya xalqının səyahət etməyi sevən xalq olduğunu qeyd edən Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, daha çox Yaponiya vətəndaşı səfər etmək üçün Azərbaycanı seçəcək. Ölkəmizdə Yaponiya ilə qurulan dostluq əlaqələrinin yüksək qiymətləndirildiyi və münasibətlərin gələcək inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.
Manabu Hori Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatı münasibətilə Mehriban Əliyevaya təbriklərini çatdırıb. İki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Yaponiya və Azərbaycanın uğurlu əməkdaşlıq etdiklərini vurğulayan qonaq ölkəsinin Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Manabu Hori Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimində iştirakından məmnunluğunu bildirib və mərasimin uğurlu keçdiyini qeyd edib.