vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
13:55 | 16 sentyabr 2017 | Şənbə Məqaləyə 2797 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Britaniyada terror təhlükəsi kritik həddə

London polisi silahlı qüvvələrdən əsgər istəyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyada London metrosunda terror aktını törətmiş şəxsin axtarışının davam etdiyi bir vaxtda terror təhlükəsi dərəcəsi ən yüksək həddinə qaldırılıb.

İndi bütün ölkə boyunca terror təhlükəsi ilə bağlı yaranmış vəziyyət “kritik” hesab edilir.

Baş nazirin sözlərinə görə bu o deməkdir ki, hakimiyyət orqanları növbəti terror aktlarının hər an baş verə biləcəyini düşünür.

London bələdiyyə polisi rəisinin müavini deyib ki, o təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün min nəfərlik əlavə əsgəri qüvvə istəyib.

Bundan əvvəl sentyabrın 15-i, səhər saatlarında London metrosunun «Parsons Green» stansiyasında dayanmış qatarda partlayış baş verib.

Bu hadisə nəticəsində ölən olmasa da, 29 yaralı var. Özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran təşkilat bu terror aktı üçün məsuliyyəti öz üzərinə götürüb.

Baş nazir Tereza Mey bəyan edib ki, ölkənin silahlı qüvvələri müəyyən ərazilərdə polisə dəstək verəcək.

Sentyabrın 15-də səhər saat 8:20-də Uimbldondan gələn metro qatarında partalyış törədilib.

Polis partlayışı törədənlərin axtarışının davam etdirildiyini bildirir.

London polis rəisinin müavini Mark Rouley (Mark Rowley) deyib ki, yüzlərlə polis xəfiyyəsi təhlükəsizlik kameralarından götürülümüş çoxsaylı videogörüntüləri təhlil edir.

Eksperlər bombanın vedrədə yerləşdirildiyini və onun saat mexanizmi ilə partladıldığını deyirlər.

Lakin onların fikrincə bomba texniki nasazlığa görə planlaşdırıldığı kimi partlamayıb.