vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
OLAY  
14:56 | 17 sentyabr 2017 | Bazar Məqaləyə 3208 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«...Şeyxi pərişan gördüm»

Hacı Allahşükür Paşazadənin oğlunun ölkədən getməsini Hacı Qalib təsdiqlədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk edib.

Bu barədə Ölkə.Az-ın yaydığı məlumata görə, ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. Məlumatda deyilir ki, Şeyxin oğlu İstanbul şəhərində ev alıb.

«Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir», - xəbərdə deyilir.

Məlumatı dəqiqləşdirmək, yaxud səbəbini aydınlaşdırmaq üçün Şeyx ilə danışmaq imkanımız olmadığı üçün onun qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxlamağa cəhd etdik. Lakin onunla da danışmaq mümkün olmadı. Bu yerdə qeyd edək ki, bir neçə gün bundan əvvəl Şeyxin Karlovı Varıda bir xanımla şərikli biznesinin olması ilə bağlı xəbərə xarici ölkələrin birindən reaksiya vermişdi.

Qeyd edək ki, bir müddət öncə Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadə mətbuata açıqlamasında Şeyxin varisinin onun oğlu olduğunu demişdi və bu, rezonans doğurmuşdu.

Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqlədi və bildirdi ki, həqiqətən də o, ailəsi ilə birgə dünən ölkəni tərk edib.

Səbəbinə gəldikdə, bu barədə məlumatsız olduğunu söylədi: «Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi».

Ola bilərmi ki, Şeyxin oğlu ölkəni müvəqqəti tərk edib və o, qayıdacaq? Hacı Qalib bu ehtimalı bölüşmədi: «Yox. Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm».