vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
17:08 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 1240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Kömək edin!»

Yalvarmaq növbəsi II Qareginə çatdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Dar gündə vətəndən üz çevirmək olmaz». Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, bu sitat bütün ermənilərin katolikosu II Qareginin 6-cı Ermənistan-Diaspora Forumunun iştirakçılarına göndərdiyi məktubundan götürülüb.

O, ölkəsində mövcud olan problemləri açıq etiraf edərək hakimiyyəti və bütün erməniləri onların həllində iştirak etməyə çağırıb: «Ermənistanda işsizliyin səviyyəsi azaldılmalı, miqrasiya probleminin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atılmalıdır. Bu problemlərin həlli üçün heç bir erməni öz vətənindən üz çevirməməli, ona kömək etməlidir».

Xatırladaq ki, bu gün Karen Dəmirçyan adına İrəvan İdman-konsert kompleksində 6-cı Ermənistan–Diaspora Forumu açılıb.

Forumda dünyanın 70 ölkəsindən 1500 insan, Ermənistan hakimiyyətinin nümayəndələri və ruhanilər iştirak edir. Forum çərçivəsində 3 plenar və 16 tematik iclas olacaq, mədəni tədbirlər keçiriləcək. Forum 20 sentyabra qədər davam edəcək.