vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:15 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 1870 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şimali Koreya yox olacaq»

ABŞ-ın BMT-dəki səfiri çox sərt danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

«Pxenyan diplomatik həll variantlarını qəbul etmədiyi təqdirdə, Şimali Koreya yox olacaq». APA TV-nin məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley CNN televiziyasına bildirib.

«Şimali Koreya problemini məmnuniyyətlə ABŞ-ın müdafiə naziri general Mettisə buraxa bilərəm. Çünki onun çoxlu hərbi variantları var. Bir cavabdehlik sahibi olaraq bütün diplomatik yolları yoxlamaq istədik. Əgər bu işə yaramazsa, general Mettis bu işi həll edəcək», - deyə o qeyd edib.

Haley hərbi variantların masa üzərində olduğunu vurğulayıb: «Şimali Koreya nüvə proqramına davam edərsə, ABŞ özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalacaq və Şimali Koreya yox olacaq. Hamımız bunun fərqindəyik, ancaq heç birimiz müharibə istəmirik».

Cənubi Koreya prezidenti Mun Çje İn ilə telefonla danışan ABŞ prezidenti Donald Tramp isə Şimali Koreyaya təzyiqləri artırmaq qərarına gəldiklərini bildirib. Tramp «Twitter»  hesabında Cənubi Koreya prezidenti ilə «Raket adam» adını verdiyi Kim Çen İn haqqında müzakirə apardıqlarını yazıb.

Cənubi Koreya Müdafiə Nazirliyi keçirilən birgə hərbi təlimlərdə Koreya yarımadası üzərində uçan ABŞ-ın məşhur 1B hərbi təyyarəsi ilə F-35 qırıcı təyyarələrinin həqiqi bombalar atdığını açıqlayıb. ABŞ ərazisində olan Quam adasından havaya qalxan hərbi təyyarələr Yaponiyanın üzərindən uçaraq təlimlərə qatılıb.

«Reuters»in xəbərinə görə, Çin və Rusiya da Şimali Koreya yaxınlığında hərbi dəniz təlimlərinə başlayıb. Şimali Koreya-Rusiya sərhədindəki Böyük Pyotr körfəzində keçirilən təlim iki ölkə arasında ikinci dəniz təlimidir. İlk təlim iyul ayında Baltik dənizində keçirilib.