vaxtlı-vaxtında oxuyun! Cümə, 15 dekabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 1.9983 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2653 AZN
Türk lirəsi 1 TRY = 0.4424 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
18:56 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 443 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvan yeni diplomatik həmləyə hazırlaşır

Ermənistan hakimiyyəti əks nəticə ilə də üzləşə bilər

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq kürdləri sentyabrın 25-də referenduma hazırlaşırlar. İspaniyadakı katalonlar isə bundan 1 həftə sonra müstəqilliklə bağlı referendum keçirəcəklər.

Əlbəttə, Şimali İraqda və Kataloniyada keçiriləcək referendumlar hələ bu bölgələrin müstəqil dövlət kimi tanınması anlamına gəlməyəcək. Buna baxmayaraq, bu iki fərqli bölgədə yaşayan insanların əksəriyyəti böyük ehtimalla müstəqilliyə səs verəcəklər.

İraqdakı kürdlərin müstəqilliyi onları mərkəz Bağdad və qonşularla – İran və Türkiyə ilə üz-üzə qoyacaq. Ankara və Tehran İraq kürdlərinin lideri Məsud Bərzanini referendum keçirməməyə çağırsa da, o Şimali İraqın müstəqilliyinə çalışır. Demək gələcəkdə Şimali İraqın Türkiyə və İranla münasibətlərində problemləri olacaq. İsrailin Kürdüstan dövlətini rəsmən tanıması da Türkiyə və İranın narahatlığına səbəb olacaq.

Katalonlar isə mərkəz Madridlə məhkəmə çəkişməsinə hazırlaşmalı olacaqlar. İspaniya hökuməti referendumun ölkə Konstitusiyasına ziddi olduğunu vurğulayır. Katalonların müstəqilliyi onların avtomatik olaraq Avropa İttifaqının tərkibinə daxil olacağına da zəmanət vermir. İspaniyanın icazəsi olmadan Brüssel Kataloniyanın «müstəqilliyini» tanımayacaq. Ancaq Kürdüstan misalında olduğu kimi Avropa İttifaqı dövlətləri arasında da Kataloniyanın müstəqilliyini tanımağa hazır olan dövlətlər olacaq.

Kürdüstanın və Kataloniyanın müstəqillik referendumları dünyanın müxtəlif bölgələrindəki separatçıların fəallığına səbəb olacaq. Bu sırada Ermənistan hakimiyyəti diplomatik fəallığını artıracaq.

Kosovo Serbiyadan ayrılıb müstəqlliyini qazandıqda bir çox dövlət Kosovonu müstəqil dövlət olaraq tanıdı. Bundan sonra Ermənistan hakimiyyəti xeyli canlandı, eyni hüququn Dağlıq Qarabağa da aid olması vacibliyini gündəmə gətirdi. Ancaq ermənilər Kosovo nümunəsinə çox müraciət edə bilmədilər, çünki müttəfiqi Rusiya Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir və Kosovonu separatçı bölgə adlandırırdı.

Bunun nəticəsində Kosovo nümunəsinə müraciət edən İrəvan Kremlin qorxusundan özü belə Kosovonun müstəqilliyini tanımadı. Buna baxmayaraq, İrəvan bu dəfə kürdlərin və katalonların nümunəsinə müraciət edəcək. Məsələni belə qoyacaqlar: «Kürdlər və katalonlar referendum yolu ilə müstəqilliklərini əldə edirlərsə, Dağlıq Qarabağdakı ermənilərin də eyni hüququ tanınmalıdır». Beynəlxalq aləm vaxtilə Kosovo ilə Dağlıq Qarabağ arasında paralellər aparmaq istəyən İrəvanın budəfəki çağırışına da məhəl qoymayacaq. Ermənilərin istəyi məntiqsizdir.

Birincisi, kürdlər və katalonlar qonşuların ərazilərini işğal etməyiblər, özlərinin yaşadıqları ərazidə (kürdlərin bölgədəki türkmən yaşayış məntəqələrinə iddiasını da xatırlatmalıyıq) referendum keçirirlər. Dağlıq Qarabağ erməniləri isə Ermənistan və Rusiyadakı mərkəzlərin köməyi ilə Azərbaycanın torpaqlarını işğal ediblər və həmin torpaqlardan danışıqlarda şantaj predmeti kimi istifadə edirlər.

İkincisi, kürdlər və katalonlar millət olaraq müstəqil dövlətlərini qurmaq istəyirlər. Ermənilər isə artıq Ermənistan adlı dövlət qurublar. Ermənilər Azərbaycan torpaqlarınna iddia etməklə ikinci erməni dövləti qurmaq istəyirlər.

Bu səbəblərdən ermənilərin referendum tələbi ilə katalonların və kürdlərin referendumları arasında oxşarlıq yoxdur. Yeganə oxşarlıq hamısının separatçı olmasıdır. Ancaq separatçıların metodları arasında fərq var.

Ermənistan Kosovodan fərqli olaraq Kataloniyanın və kürdlərin müstəqilliyini tanıya bilər. İrəvan bu addımı ilə Dağlıq Qarabağ üçün presedent imkanlarını genişləndirmək istəyəcək. Ancaq İrəvan bunu edərkən İspaniya və qonşusu İranın iradı ilə üzləşməyi də diqqətdən qaçırmamalıdır. Ermənistan hakimiyyəti əks nəticə ilə də üzləşə bilər. Məsələ burasındadır ki, katalonlar və kürdlər referendum keçirsələr də, böyük dövlətlərin əksəriyyəti müxtəlif səbəblərdən onların müstəqilliklərini tanımayacaq. Bu isə Azərbaycanın maraqlarına uyğundur.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)