vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
19:18 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 1336 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«TurAz Qartalı - 2017» hərbi təlimləri başlayıb

Türkiyə F-16-ları Azərbaycana gəlib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bazar ertəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə «TurAz Qartalı - 2017» birgə taktiki-uçuş təlimlərinə start verilib, Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

Təlimlər 30 sentyabradək davam edəcək.

Müdafiə Nazirliyinin məlumatına görə, bu təlimlərdə iştirak etmək üçün Türkiyənin F-16 təyyarələri sentyabrın 16-da Azərbaycana gəlib.

Hər iki ölkə arasındakı təlimlər 2015-ci ildən bəri keçirilir, hərçənd ötən il Türkiyədə 15 iyul çevriliş cəhdi ilə əlaqədar növbəti təlim baş tutmamışdı.