vaxtlı-vaxtında oxuyun! Şənbə, 22 sentyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9852 AZN
Rusiya rublu 1 RUB = 0.0255 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2354 AZN
Türk lirəsi 1 TRY = 0.2716 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
02:46 | 19 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şeyxdən qiyamətə qalmayan qisasım

Onun da öz üsulları var ...

MÖVZU İLƏ ƏLAQƏLİ

2000-ci ilin əvvəllərində ərəbşünas dostum gəldi ki, istəyirsən, səni Həcc ziyarətinə yollayaq. Qardaş, xaric adı ilə ancaq Yessentuki və ətrafındakı şəhərlərdə olasan, özü də uşaq, ağlın düz-əməlli kəsməyən vaxtlarında və o vaxtlarda ki, həmyaşıdların olan rus qızları sənə yaxınlaşanda, fərsiz-fərsiz çəkinəsən, Allah vurmuşdu elə xaricdə olmağı. Həcc təklifi gələn vaxtı həmin şəhərləri heç düz-əməlli xatırlamırdım da. Həmin mənasız səfəri nəzərə almasaq, ömründə xaricdə olmayan adam üçün Səudiyyə Ərəbistanını görmək təklifi əlbəttə, cəlbedici gəldi.

Tələm-tələsik, başladım Həcc hazırlığına: Ziyarət namazı necə qılınar, Şeytana daş necə atılar (qeyd edim ki, Allah Təalanın bu mələyi ilə heç bir hüsumətim yoxdur və onsuz da getsə idim, ona tərəf daş atmayacaqdım), əşyalarım oğurlanmasın deyə, necə etməliyəm, oteldə yeri necə qamarlamalıyam və s. Qəfil xəbər gəldi ki, bəs, sənin yerinə çox nüfuzlu bir jurnalisti dürtüblər. Dedim, nə danışırsınız? Dədəm indidən yekə bir qoç alıb ki, Hacı oğlu ziyarətdən qayıdanda kəssin. Qohum-əqrəba fəxr edir ki, kəndin ilk hacısı onlardan çıxır. Anam and içəndə hacı oğlunun canına and içir, belə şey olar? Cavab verdilər ki, vallah, bizlik deyil, siyahını Şeyx həzrətləri tərtib edir və o, sənin adını çıxarıb, siyasi müxalifətin aparıcı bir redaktorunu salıb. Dedim canı sağ olsun, ancaq ürəyimdə onu tapşdırdım, Allaha yox, şeytana. Hamı hamını Allaha tapşırır, ancaq mən Allaha tapşıracaq qədər insaflı deyildim. Allah ifrat humanistdir, tövbə qapıları açıqdır. Şeytan isə maksimalistdir, mənim adamım idi: qardaş, bir dəfə günah etdin, eybi yox, iki dəfə etdin, canın sağ olsun, ancaq üçüncü dəfə ağ eləmə də, qarşında «lox» yoxdur! Sən gündə millətini azını-çoxunu yeyə-yeyə gündə bir qələt qarışdırıb ildə də bir dəfə Məkkəyə alverə gedəcəksən və vaxtın olanda da gəlib məni daşlayacaqsan ki: «Ay Tövbə!» Ay sən öləsən! Ölmüşdü Şeytan! Sənə çarığı elə tərs geydirərəm ki...

Ona görə deyiblər ki, kəsmə məzlumun ahını, çıxar ahəstə-ahəstə. Mən ki, kirayədə qalan, reketçiliklə məşğul olmayan, icra başçılarından, nazirlərin mətbuat katiblərindən, respublikanın baş prokurorundan (təkrar edim ki, söhbət 2000-ci illərdən gedir), Əli İnsanovun müavinindən (təkrar biliyin anasıdır: 2000-ci illər idi), Bakı şəhər baş polisi idarəsinin rəisindən (təkrarda fayda var: həmin illər idi), deputatlardan pul almayan gənc bir qəzetçi idim. Bilmirdinizmi ki, buynuzlu qoçun qisası buynuzsuz qoçda qalmaz.

Allahın barmağı yoxdur, sizin kimi siyahı dəyişsin. Onun da öz üsulları var (Al Kaponenin sözü olmasın) - yəqin ki, bilərsiniz. Siz ki, o vaxt məni sildiniz, bir gün sizi də silən tapılar. Ancaq günahınızı bağışlaya bilərəm. Lakin artıq Həcc ziyarəti qüvvəsini itirib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *