vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
15:18 | 19 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 1905 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanın mərkəzində uşaqlar və qadınlar həbs edildi

«Erməni Qadınları Cəbhəsi» forumun diqqətini siyasi məhbuslara cəlb etmək istəyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda Respublika meydanının yaxınlığında siyasi məhbus Karo Yeğnukyanın həyat yoldaşı və uşaqları - Hakop, Sime, Elmon Yeğnukyan polis tərəfindən həbs olunub.

Virtualaz.org bildirir ki, bu barədə «Erməni Qadınları Cəbhəsi» məlumat yayıb.

Məlumatda bildirilir ki, polis siyasi məhbusun ailəsinin yanında olan «Erməni Qadınları Cəbhəsi»nin üzvləri Ruzanna Yeğnukyan, Ağavni Sahakyan və Qeğetsik Tonoyanı da saxlayıb. Onlar Kentron inzibati rayon polis idarəsinə aparılıblar.

Məlumata görə, onlar 6-cı Ermənistan-Diaspora Forumunun işirakçıları arasında Jirayr Sefilyan və Karo Yeğnukyan haqqında broşuralar paylayarkən tutulublar.

Xatırladaq ki, dünən Karen Dəmirçyan adına İrəvan İdman-konsert kompleksində 6-cı Ermənistan–Diaspora Forumu açılıb.

Forumda dünyanın 70 ölkəsindən 1500 insan, Ermənistan hakimiyyətinin nümayəndələri və ruhanilər iştirak edir. Forum 20 sentyabra qədər davam edəcək.