vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
17:40 | 19 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2204 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan boşalır, diaspor tükənir»

«Bu konfrans Sərkisyanın piar aksiyasıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Gəlin, realist və düz olaq. Ermənistan boşalır, diaspor tükənir», - bunu livanlı erməni katolikos - Kilikiya Evinin Katolikosu 1-ci Aram İrəvanda 6-cı Ümumerməni konfransında sentyabrın 18-də deyib.

Livan, Suriya, Kipr ermənilərinin katolikosu olan 1-ci Aram deyib: «Ermənistan-diaspor münasibətlərini təsadüfi investisiya, turist səfərləri çərçivəsindən çıxarıb, mili siyasətin mühüm əsasları sırasına salmaq lazımdır».

Katolikos əmindir ki,konfransda ölkə prezidenti Serj Sərkisyanın dediyi kimi, Ermənistandan emiqrasiyanı azaltmaq və Ermənistan əhalisinin sayını artırmaq təxirəsalınmaz məsələlərdəndir.

Katolikos iqtisadi rifahı da bu yolda vacib sayır: «Ehtiyatlı olmalıyıq. Ermənistanın iqtisadiyyatı zəif getsə, insanların həyat səviyyəsi qənaətbəxş olmayacaq və adamlar Ermənistanı əvvəlki sürətlə tərk edəcək».

Katolikosdan əvvəl konfransdakı çıxışında Ermənistan prezident Serj Sarkisyan demişdi ki, Ermənistanın 2040-cı ilə əhalisinin sayı azı 4 milyon olmalıdır. Prezidentin sözlərinə görə, növbəti ümummili konfransın mövzusu ümumerməni «4 milyonluq Ermənistan» proqramı olacaq.

Konfransa Amerikadan, Avstraliyadan, Livandan və bir çox uzaq ölkələrdən ermənilər gəlsə də, İrəvanın özündən müxalifətçilər konfransa dəvət olunmayıblar.

Müxalifətin «Çıxış» blokuna daxil olan partiyalara, parlamentdə bu partiyalardan olan deputatlara dəvətnamə verilməyib.

«Çıxış» blokunun parlament fraksiyasının rəhbəri Nikol pashinyan «Facebook»da yazıb: «Bu onu göstərir ki, bu konfrans Serj Sərkisyanın piar aksiyasına çevrilməyə yönəlib».