vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜLƏŞ  
14:26 | 31 iyul 2012 | Çərşənbə axşamı Məqaləyə 2577 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlk qızılımızı qazandıq

Sərbəst güləşçimiz Toğrul Əsgərov olimpiya çempionu olub

apasport

MÖVZU İLƏ ƏLAQƏLİ

London Olimpiadasında sərbəst güləş üzrə 60 kq çəki dərəcəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov çempion olub. "Apasport» saytının məlumatına görə, 19 yaşlı T. Əsgərov finalda Rusiya idmançısı Besik Kuduxovla qarşılaşıb. İdmançımız Pekin-2008-in bürünc mükafatçısı, 4 qat dünya çempionu B. Kuduxovu ilk hissədə 1:0 məğlub edib. Ardınca rusiyalı idmançı bunun revanşını almaq istəsə də, Əsgərov onu peşman edib. İkinci hissədə Toğrul B. Kuduxova 5:0 hesabı ilə qalib gəlib. Bununla, o, Azərbaycana London Olimpiadasında ilk qızıl medalı qazandırıb.

Qeyd edək ki, bu çəki dərəcəsində xalçaya çıxan Toğrul Əsgərov ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb.
rnGörüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəlib. Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.
Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb.
Finala gedən yolda həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala yüksəlib.