vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
10:17 | 20 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars-molla rejimi avtobus sürücüsündən qorxur

Yerli və beynəlxalq ictimaiyyət Rza Şahabinin azadlığını tələb edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq insan haqları qurumları və İranın müxtəlif siyasi qrupları təqribən 40 gündür Kərəcin Rəcayişəhr zindanında aclıq aksiyasi keçirən əmək fəalı Rza Şahabinin sərbəst buraxılmasını tələb edirlər.

Əslən Şərqi Azərbaycan vilayətindən olan tanınmış fəal, «Amnesty International»ın yayımladığı məlumata əsasən, avqustun 9-da yenidən həbsxanaya göndərildikdən sonra aclıq aksiyasına başlayıb.

Şahabinin sağlamlığının kritik durumda olduğunu bildirən «Amnesty International» onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.

Həmçinin keçən günlərdə güney təşkilatları və siyasi qruplarına mənsub 30-dan artıq milli və mədəni fəal Rza Şahabiyə dəstək bəyanatı yayımlayıb.

Tehran avtobus şirkəti işçiləri birliyinin təsisçilərindən olan Rza Şahabi işçilərin hüquqlarını müdafiə istiqamətində fəaliyyətləri üzündən illərlə həbsdə olub.