vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
17:01 | 20 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polis cinayətkarı sərbəst buraxıb

Oğurluq üçün girdiyi evdən çıxa bilməyən şəxs 112-dən yardım istəyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiyada oğurluq etmək üçün girdiyi bir binada bağlı qalan oğru, polis kömək xidmətinə zəng edərək, kömək istəyib. Hadisə, şənbə günü gecəsi Hollandiyanın cənubunda yerləşən Limburg ştatındakı Nedervirt (Nederweert) şəhərində baş verib.

Səhərə yaxın oğurluq etmək üçün binaya girən oğru, təhlükəsizlik sisteminin işə düşməsi nəticəsində içərdə bağlı qalıb.

Səhər 04:30 radələrində, polis yardım xidmətinin də bağlı olduğu 112-ə zəng edən oğru xilas edilməsini istəyib.

Binadan çıxa bilməməsi ilə bağlı müxtəlif bəhanələr irəli sürən adam, sorğu mərkəzindəki polisi inandıra bilməyib. Nəhayət ki, o, oğurluq etmək üçün içəri girdiyini etiraf edib.

Polis dəstəsi hadisə yerinə gəldikdən sonra, oğru evdən çıxardılaraq polis şöbəsinə aparılıb.

Sərxoş olduğunu bildirən oğru, izahat verdikdən sonra sərbəst buraxılıb.

Hadisəni sosial media hesabından paylaşan Limburg ştatının polisi «Bəzən bizim işimizi çox asanlaşdırırlar. Kaş ki, müqəssirləri tutmaq həmişə bu qədər asan olsa», yazıb.