vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AMERİKA  
23:39 | 20 sentyabr 2017 | Çərşənbə Məqaləyə 1802 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Linkolnun heykəlini cızana cəza

Qırğız gənc 25 min dollar cərimə və 10 ilədək həbs oluna bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnın Vaşinqtondakı heykəlini çızmış Qırğızıstan vətəndaşı saxlanılıb. Onun qəpiklə postamentə öz adını cızdığı bildirilir. Virtualaz.org xəbər verir ki, bu barədə «New York Daily News» nəşri məlumat yayıb.

Hadisə sentyabrın 18-də baş verib. 21 yaşlı Nurtilek Bakirov ABŞ hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb. Onun bu hərəkəti vandalizm kimi qiymətləndirilib və buna görə 2000 dollar cərimə ödəyib.

Əgər gəncin günahı məhkəmə tərəfindən sübuta yetirilərsə, Nutrilek Bakirovu 25 min dollara qədər cərimə və 10 ilədək həbs cəzası gözləyir. O, hələlik azadlığa buraxılıb, lakin oktyabrın əvvəlində məhkəmə toplantısında iştirak etməlidir.

Hadisə ilə bağlı Qırğızıstanın Vaşinqtondakı səfirliyi də məlumat yayıb. Səfirlikdən heykəli cızmış gəncə hüquqi yardım ediləcəyi bildirilib.