Azərbaycan böyük savaşa hazırlaşır...
«Hadisələr ən mürəkkəb ssenari üzrə hərəkət edə bilər»
Cavanşir ABBASLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türk qoşunları da Araza endi
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
-
İsrarlı çağırış
Qarşı tərəfdən mütləq cavab olacaq
-
Çoxdan arzuladığımız silah...
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
-
Təlim dediyin belə olur ...
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
-
Şuşa fatehlərinin güc nümayişi
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
-
Rusiyanın vasitəçiliyində çatlar
Reallığı qəbul etsələr, bölgədə qala bilərlər
-
İrəvana mühüm mesaj
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
-
Çatlaq səslər eşidilir
Ermənistan Laçın ermənilərinə söz verib
-
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
-
Aydın səmanın keşikçiləri
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
-
Ölüb! Умер! Died!
Əgər ermənilər “o sizin üçün ölüb, bizim üçün diridir” təsəllisi ilə yaşayırlarsa, “status”un yanına gedə bilərlər
-
8373 hektar ərazi təmizlənib
81 128 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
-
Ordumuz geri çəkilməyib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
-
“Furux deyil, Fərruxdur”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
-
“Qara qutu” İrəvanda peyda olub
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
-
Dumanlı havada təxribat
Separatçıların arzuları boğazlarında qaldı
Son günlər Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, ordumuzun gücünü artırmaq, eləcə də, ölkəmizə yaxın dövlətlərlə hərbi əlaqələrini daha da genişləndirmək üçün sistemli addımlarını müşahidə etməkdəyik. Təkcə baş verən üç mühüm hadisəni göstərmək kifayət edir ki, rəsmi Bakı işğal olunmuş ərazilərini geri qaytarmaq üçün çox ciddi səylə çalışır, planlar qurur.
Bu üç mühüm hadisədən biri ötən həftənin ilk günləri müdafiə nazirimiz Zakir Həsənovun İsrailə çox günlük səfəri oldu. Səfər kifayət qədər uğurlu alındı. Nazir ölkəyə dönən kimi həm Azərbaycan Silahlı Qüvvələrinin yeni döyüş texnikasının sınaqlarını da nəzərdə tutan 15 minlik genişmiqyaslı hərbi təlimi, həm də qardaş Türkiyə ilə birgə hərbi-hava qüvvələrinin ortaq təlimləri start götürdü. Ekspertlər Z.Həsənovun sırf hərbi xarakter daşıyan İsrail səfərinin ardından Azərbaycanın həyata keçirdiyi iki möhtəşəm təlimi müsbət dəyərləndirir, rəsmi Bakının bu addımları ilə təcavüzkar Ermənistana və onun havadarlarına ciddi mesaj verdiyini qeyd edirlər.
Baş verənlərin fonunda yeganə nüvə müttəfiqimiz olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın sentyabrın 19-da Bakıya gəlişi əsl yerinə düşdü. Bu səfərlə Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlıq əlaqələri daha da gücləndirildi.
Bura prezident İlham Əliyevin BMT-dəki çıxışını da əlavə etsək, aydın bir mənzərə yaranır...
Heç şübhəsiz ki, bu mühüm hadisələr diqqət çəkməyə bilməz. Artıq Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün böyük savaşa hazırlaşdığı barədə səslənən fikirlərin sayı durmadan artır. Son 10 gündə baş verən bu üç mühüm hadisənin təsadüf olmadığı vurğulanır.
Politoloq, deputat Elman Nəsirov hadisələrin üst-üstə düşməsindən danışdı: «Üst-üstə düşən bu üç mühüm hadisə diqqəti cəlb edən məqamlardır. Amma bir şeyi qeyd edim ki, Azərbaycan dövlətinin və ölkə prezidentinin müəyyən etdiyi siyasət sistemli, məqsədyönlü siyasətdır. Addımlar bu şəkildə atılır. Bu nöqteyi-nəzərdən bu hadisələrdə təəccüblü heç nə yoxdur. Azərbaycanın böyük savaşa hazırlaşdığı, eləcə də, ərazi bütövlüyünü təmin etmək üçün yürüdülən siyasətə gəlincə, burada da elə bir ciddi dəyişiklik yoxdur. Hər zaman ölkə başçısı söyləyib ki, biz bu münaqişəni dinc yolla həll etmək istəyirik. Eyni zamanda, cənab prezident onu da qeyd edir ki, hər zaman müharibəyə hazır vəziyyətdə olmalıyıq. Bu səbəbdən də büdcəmizdə ən böyük xərclər hərbi vəsaitlər sayılır. Nə qədər torpaqlarımız işğal altındadır, bu belə də olacaq. Azərbaycanın özünün hərbi təlimlər keçirməsi, eyni zamanda, Türkiyə ilə birgə təlimlər keçirməsi məntiqlidir. Azərbaycanın münaqişənin həlli ilə bağlı məsələdə diqqəti cəlb edən yeni bir şey yoxdur.
Həmin xətt qorunub saxlanılır, bu xətt də münaqişənin dinc yolla həllidir. Biz münaqişənin masa arxasında həllində istəkliyik. Amma hər şeyin bir sonu olduğu kimi, əgər danışıqlar nəticə verməsə, o zaman hər bir halda müharibəyə hazır vəziyyətdə olmalıyıq. Bu gün Ermənistan prezidenti BMT-nin Baş Məclisinin 72-ci sessiyasında 1988-ci ilə qayıdırmış kimi bəyanatla çıxış edir. Deyir ki, yalnız xalqların öz müqəddəratını təyin etmə prinsipi öz həllini tapmalıdır. Bu da təbii ki, sülh danışıqlarına çox ciddi zərbədir. Hesab edirəm ki, müdafiə nazirimizin İsrail səfəri, orada hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edilməsi, Azərbaycanda hərbi təlimlərin keçirilməsi, Türkiyə Silahlı Qüvvələri ilə birlikdə bunların təşkili, eyni zamanda, Pakistanın Hərbi Hava Qüvvələri komandanının Bakıya səfəri ölkəmizin müdafiə qüdrətinin daha da yüksəlməsinə xidmət göstərir. Torpaqlarımız azad olunarsa, o zaman hərbi xərclərimizə yenidən baxa bilərik və həmin vaxt hərbi xərclər öncül sırada olmaya bilər. Bu məsələlərdən düşmən tərəf nəticə çıxarmalıdır. Əks təqdirdə hadisələr ən mürəkkəb ssenari üzrə hərəkət edə bilər. Burada da bütün məsuliyyət Ermənistanın, ona himayədarlıq edənlərin üzərinə düşəcək. Ən böyük məsuliyyət də ATƏT-in Minsk qrupunun üzərinə düşəcək. Bugünkü reallıq bundan ibarətdir».