vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 21 fevral 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.1108 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3855 AZN
Türk lirəsi 1 TRY = 0.4536 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
14:52 | 21 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 821 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq baş(sız) prokurorun sərgüzəştləri

Əli Ömərovla bağlı söyləyəcəyim film kimi əhvalat (1-ci hissə)

Səbuhi MƏMMƏDLİ

Deməli, 1993-cü ilin bu vədələridir. «525-ci qəzet»də işləyirik. Xanım jurnalistlərin biri qəzetdə «Mister X» adlı rubrika aparır. Bu rubrikada adı gizli qalan şəxslərlə müsahibələr götürülürdü. Və böyük rezonans doğururdu. Bir dəfə baş prokuror Əli Ömərovun fəaliyyəti ilə bağlı bir prokurorluq işçisi necə deyərlər şok faktlar açıqlamışdı.

Qəzet çap olunan günün səhəri redaksiyanı polis, prokurorluq işçiləri bürüdü. Qəzetin redaktoru kimi məni itələyə-itələyə maşına basıb, baş prokurorluğa Əli Ömərovun kabinetinə apardılar. Kabinetdə haradasa 7-8 adam vardı. Biri də qadın idi. 

Elə içəri girən kimi başladı bağırmağa: «Hansıdır, tez elə denən görüm». 

Mən çiynimi çəkib bilmirəm dedim. Əslində nə baş verdiyini də anlamırdım. Səsini lap ucaltdı: Denən görüm hansıdır?

Mən bu adamları tanımırdım, ilk dəfəydi ki görürdüm. Yenə «tanımram dedim, bu adamlar kimdir ki» deyə soruşdum. Sən demə, Əli Ömərov «Mister X»i, «Mister Xı» kimi başa düşübmüş. Prokurorluqda adı «Xı» hərfiylə başlayan (Xalid, Xanlar, Xasay, Xuraman və s.i) nə qədər adam var yığıb tökmüşdü kabinetinə…

(Ardı olacaq)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *