vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
15:38 | 21 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 2695 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Torpağın bir qarışını da Azərbaycana vermərik»

Ermənistan Baş Qərargahı XİN-ə qarşı çıxdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmamış «Dağlıq Qarabağ Respublikası»nın bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir. Virtualaz.org «Rusarminfo.ru»ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general-leytenant Movses Akopyan deyib.

«DQR»in bir məntəqəsi də Azərbaycana verilə bilməz, təhlükəsizliyin təminatı üçün istisnasız olaraq bütün rayonlar vacibdir», - Akopyan deyib.

O əlavə edib ki, müdafiənin gücləndirilməsi üçün tanınmamış respublikaya əlavə torpaqlar lazımdır.

Xatırladaq ki, sentyabrın 19-da çıxışı zamanı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanın Azərbaycanla «DQR»in ərazilərinin bir hissəsinin qaytarılması məsələsini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, söhbət «Qarabağın təhlükəsizliyinə xələl gətirməyən ərazilər»dən gedir.