vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
12:40 | 22 sentyabr 2017 | Cümə Məqaləyə 2637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... Satqınlar əyləşib»

Ter-Petrosyan: «Ermənistan rəhbərliyində əclaflar, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ölkəmiz cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır». Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Qarni qəsəbəsində seçicilərlə görüşdə ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan bildirib.

Keçmiş prezident çıxışında ölkənin hazırkı hakim elitasını sərt tənqid edərək onları oğru və əclaf adlandırıb: «Ölkə rəhbərliyində xalqı fəlakətə sürükləyən oğrular, fırıldaqçılar, əclaflar, satqınlar əyləşib. Bu sadəcə sözlər deyil. Bunu sizə sübut edəcəyəm: seçkilərdə sizə səs üçün 5-10 min dram (təxminən 25 dollar) rüşvət vəd etdilər. Amma onlar bu pulları özlərinə qaytaracaqlar. Rüşvət verən adamların mağazaları və müxtəlif biznesləri mövcuddur. Onlar qiymətləri qaldıracaqlar və siz məcbur olub müxtəlif malları baha qiymətə alacaqsınız».

Onun sözlərinə görə, Ermənistanda polis və məhkəmələr təzyiq alətinə çevrilib: «Onlar öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardırlar. Stalin insanları Yakutsk, Sibir, Altaya zorla sürgün edirdi. Amma Serj Sərkisyan insanları o həddə çatdırıb ki, artıq onlar əsir düşərgələrində əziyyət çəkən babalarının yerlərinə könüllü gedirlər».

Ter-Petrosyan, həmçinin digər həmkarı, Serj Sərkisyanın sələfi Robert Köçəryan haqqında da danışıb: «1998-ci ildə Köçəryanın prezident olduğu zaman Ermənistanı bir milyon adam tərk edib. İndi isə təsəvvür edin ki, qarşıdan gələn parlament seçkilərində Serj Sərkisyan yenə qalib gələcək və onun seçkilərdə qələbəsinin təmin edilməsi üçün yaxın illərdə daha bir milyon insan Ermənistanı tərk edəcək. Və bu ölkədə kim qalacaq? O, otlağa çevriləcək».