vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:07 | 22 sentyabr 2017 | Cümə Məqaləyə 2336 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehranla bağlı sirli siyasət

Tramp İranla bağlı qərar verib, amma gizli saxlanılır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Prezident Donald Tramp İranın nüvə razılaşmasının ləğv edilib-edilməyəcəyi ilə bağlı qərarını verib». APA TV-nin məlumatına görə, bu barədə Ağ Evdən bildirilib.

BMT Baş Assambleyasındakı çıxışından sonra Britaniya baş naziri Tereza Mey Trampdan hansı qənaətə gəldiyini soruşsa da, dövlət başçısı heç bir açıqlama verməyib.

Dövlət katibi Reks Tillerson da bundan məlumatlı olduğunu bildirib, o, bunu jurnalistlərə açıqlamasında deyib.

Bu arada BMT-nin mənzil qərargahında Rusiya, Britaniya, Çin, ABŞ, Fransa və Almaniya da daxil olmaqla «altılıq» ölkələrinin Tehranı təmsil edən nümayəndə heyəti ilə məsələ ilə bağlı açıq danışıqlar apardığı bildirilir.

ABŞ-ın xarici işlər naziri qeyd edib ki, İran razılaşmaya söz verdiyi kimi əməl etmir, sazişdən əlində əlavə silah kimi yararlanır.

«Biz bu razılaşmadan sonra bölgədə stabillik yaranacağını gözləyirdik, lakin bu baş vermir. Regionda sabitliyin yaranması üçün İran böyük təsirə malikdir».

Tillerson əlavə edib ki, rəsmi Tehran Suriyada Bəşər Əsədi dəstəkləməkdə davam edir, üstəlik bu dəstəyi artırır.

«Bu azmış kimi İran Yəmən və İraqda baş verənlərə yalnız öz maraqları çərçivəsində təsir göstərir. ABŞ-ın Fars körfəzindəki gəmilərinə təhlükəli hücumları da bura əlavə etmək lazımdır».

İrana təzyiqlərin davam etdiriləcəyini bildirən Dövlət Departamentinin rəhbəri ballistik raket sınaqlarına son vermədiyi üçün adı çəkilən ölkəyə əlavə sanksiyalar tətbiq ediləcəyini istisna etməyib.