vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
21:16 | 22 sentyabr 2017 | Cümə Məqaləyə 3141 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölənlərin sayı artır

Meksika zəlzələsi: Dağıntılar altında qalanları xilası üçün gecə-gündüz çalışılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Meksikada güclü zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb, rəsmilər bildirib. Bu arada dağıntılar altında qalmış insanları xilas etmək üçün səylər gecə-gündüz fasiləsiz davam etdirilir.

Prezident Enrique Peña Nieto bildirib ki, çərşənbə axşamı günü baş vermiş zəlzələ nəticəsində yaralananların xilas edilməsi «ən mühüm» məsələ olaraq qalır.

Zəlzələ nəticəsində onlarla bina uçub, milyonlarla insanın elektrik enerjisi ilə təchizatı kəsilib.

Xilasedicilərin güman etdiyinə görə, paytaxt Mexikoda yerləşən 10 binada hələ də insanlar qala bilər.

Ölənlərin sayına dair yeni rəqəmlər Meksika fövqəladə hallar xidməti və prezident ofisi tərəfindən açıqlanıb.

Xilasetmə əməliyyatı 3-cü gündür ki, davam edir.

Bu arada, əsas diqqət yetirilən obyektlərdən biri də paytaxtda yerləşən Enrique Rébsamen məktəbidir.

Onun dağıntıları altından qadın müəllimənin cəsədi aşkar edilmişdi.

500-dən çox əsgər və dənizçi 200 polis əməkdaşı ilə birgə ərazidə aparılan işlərdə könüllü olaraq iştirak edir.

Rəsmilərin dediyinə görə, 11 uşaq xilas edilib, 19 uşaq və 6 böyük həlak olub.

Məktəbin şagirdləri arasında hazırda itkin düşmüş sayılan yoxdur.